Ən etibarsız ikinci əl elektrik avtomobillərin SİYAHISI AÇIQLANDI

“What Car” avtomobil portalı ən etibarsız ikinci əl elektromobillərin siyahısını açıqlayıb.
Avtosfer.az xəbər verir ki, bu məqsədlə nəşr avtomobil sahibləri arasında sorğu keçirib. Avtomobillər 100 ballıq sistemlə qiymətləndirilib.
Beləliklə, ikinci əl bazarında ən etibarsız elektrik avtomobili 2022-ci ildən istehsal olunan “MG4 EV” olub. Respondentlər bunu 63,8% səviyyəsində qiymətləndiriblər. Sorğuda iştirak edən avtomobil sahiblərinin 30%-i nəqliyyat vasitəsində problemlərin yarandığını söyləyiblər.
İkinci yeri “Vauxhall Corsa Electric” tutur. Onun etibarlılıq reytinqi 72,2% təşkil edir və sorğuda iştirak edən sahiblərin 25%-i nasazlıqlardan şikayətlənib.
Üçüncü yerdə 76,2% etibarlılıq reytinqi ilə “Porsche Taycan” qərarlaşıb. Sahiblərin 58%-i avtomobildə nasazlıqların olduğuğn deyiblər.
Bundan başqa 2021 “Hyundai Ioniq 5” və 2016 “Hyundai Ioniq” modelləri etibarsızlar siyahısına daxil edilib. Bu modellərin etibarlılığı müvafiq olaraq 83,9% və 84,5% səviyyəsində qiymətləndirilib.
Namiq Musayev
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır











