Ən pis Çin avtomobili - FOTO

Çin avtomobilləri bir çox ölkədə polulyarlıq qazansa da, onlarla bağlı rəylər birmənalı deyil. Digər tərəfdən, bəzi markalar özünü doğrultsa da, bir çoxu barədə yaxşı fikir söylənilmir.
Avtosfer.az xəbər verir ki, Britaniyanın "What Car?" avtomobil jurnalı 2 Çin avtomobilindən uzaq durmağı israrla tövsiyə edir.
Ondan çox modeli test edən avtomobil ekspertlərinin qənaətinə görə “Skywell BE11” elektromobili Çinin istehsal olunan ən pis maşındır. Avtomobilin salonu kifayət qədər geniş olsa da, idarəetməsi dəqiq deyil, yolla kontakt pisdir, tormoz zəifdir.
Maşının qalıq dəyəri də azdır. 3 illik istismardan sonra maşın 70 faizə yaxın dəyər itirir. Bununla belə o eyni ölçülü “Kia” və “Hyundai” modellərindən bahadır.
Növbəti yerdə qərarlaşan 7 nəfərlik “Maxus MIFA 9” elektromobili bahalı minivenlərin analoqu kimi bazara çıxarılıb. Bu maşının qüsuru komfortun yoxluğu və interyerin ucuz dizaynıdır.
Jurnalistlərin fikrincə, bu maşında əyləşən şəxs premium modelə aid heç nə hiss etmir.
QEYD: Xəbərdə göstərilən fikirlər redaksiyanın mövqeyini əks etdirmir.
Vüqar Yaşaroğlu

Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












