Ən ucuz avtomobillərin istehsalına başlanır - Azərbaycana da gələcək

Cənubi Koreyanın məşhur avtomobil şirkəti ola KIA, xüsusilə Çin bazarı üçün yeni model avtomobil hazırlayır. Hələlik, yalnız o məlumdur ki, yeni "Kia Rio" buraxılışı bu modeldən olan sonuncu nəsildən xeyli ucuz olacaq. 2017-ci ildə bu avtomobillərin qiyməti pik həddə çatacaq Sputnik xarici mediaya istinadla xəbər verir ki, yeni qənaətcil modelin rəsmi anonsu gələn ilin ortalarında veriləcək. Onda maşınla bağlı detallı məlumatlar açıqlanacaq. 2017-ci ildə Çinin avtomobil bazarı yolsuzluq avtomobilləri ilə dolacaq. Hazırda gələcək yeni modellər üzərində iş gedir. Bunu nəzərə alan Koreya şirkətinin başbilənləri düşünüblər ki, Çin bazarına daha ucuz başa gələn qənaətli avtomobillər göndərmək lazımdır. Məlumatlara görə, KİA-nın bir sıra xarici görünüşü dəyişmiş qənaətcil modelləri Rusiya və digər MDB ölkələrində peyda olacaq. Onunla rəqabətə bir də daha ucuz Çin maşınları çıxacaq. Rusiyada fəaliyyət göstərən Çin və Koreyanın avtomobil şirkətlərinin rəsmi distributorları bildiriblər ki, Çin MDB məkanına analoqlarından daha ucuz olan yolsuzluq avtomobillərini, Koreya isə qənaətli modellərini göndərəcək.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










