Ərdoğan Şuşanın azad edilməsi münasibəti ilə təbrik etdi - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin təşkil etdiyi tədbirdə çıxışını Azərbaycan ordusunun işğal altında olan Şuşa şəhərini azad etməsi münasibəti ilə təbriki ilə başlayıb.
Bu barədə “Haber Global” xəbər yayıb.
“Sözlərimə Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf yeddi rayonu xilas etmək üçün mübarizə aparan azərbaycanlı qardaşlarımızın Şuşa zəfərini təbrik etməklə başlamaq istəyirəm.
30 ildir Minsk üçlüyü tərəfindən laqeyd yanaşılan, aldadılan, masa arxasında naməlum tale ilə 30 il gözləyən azərbaycanlı türk qardaşlarımız səbr etdilər və qələbə qazandılar”, - ёdeyə o bildirib.
O, Türkiyənin bu 30 ildə işğal altında olan torpaqları xilas etmək üçün mübarizədə qeyd-şərtsiz Azərbaycanın yanında olduğunu vurğulayıb.
“Ermənistanın təcavüzü ilə başlayan münaqişələrdən sonra işğal altında olan şəhərləri və Qarabağı azad edən azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir. Şuşanın azad edilməsi həm də işğal olunmuş ərazilərin qalan hissəsinin azad edilməsinin əks-sədasıdır”, - deyə Türkiyə prezidenti əlavə edib.
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək










