Ermənilərə Şurnux kəndini boşaltmaq üçün bir gün vaxt verildi - VİDEO

“Azərbaycanlılar ermənilərə Zəngəzurun Şurnux kəndinin yarısını boşaltmağa bir gün vaxt veriblər”.
Bunu Gorus meriyasının sədr müavini Menua Ovsepyan açıqlamasında bildirib.
O deyib ki, azərbaycanlılar ərazilərin sabah səhərə qədər azad olunmasını tələb ediblər:
“Onlar sakinlərə və kənd başçısına deyiblər ki, 10 gün əvvəl bu barədə Ermənistan rəhbərliyinə məlumat veriblər”.
M.Ovsepyan həmçinin qeyd edib ki, Şurnux sakinləri hökumətə etiraz olaraq kənddən keçən yolu bağlayıblar:
“Bu avtomobil yolu da Azərbaycana keçib. Əhali bu barədə kimə məlumat verildiyini, kimin xəbərdar olduğunu anlamaq istəyir. Söhbət 12 evdən və ona bitişik torpaq sahələrindən gedir. Bu, böyük ərazidir”.
Sədr müavini vurğulayıb ki, Baş nazir Nikol Paşinyandan indiyə qədər qaneedici bir söz eşitməyib. Onun sözlərinə görə, baş nazir artıq vəziyyətə nəzarət etmir.
Elektromobil idxalında azalma: Bazar doyur, yoxsa yeni mərhələ başlayır?
Avtomobilin orta qiymətinin çox yüksək olduğu ölkələr – SƏBƏB
Rusiyada sürücülük vəsiqəsi məhkəməsiz də ləğv edilə biləcək
Elektromobilin gələcəyi risk altındadır?
Belaruslar Çin brendlərindən üz döndərir: Yanacağı “içir”, təkərlər yaxşı deyil...
Yolayrıcında iki pikap toqquşdu; sürücülərdən biri öldü - VİDEO
Yeni avtomobillərin qiyməti bahalaşır
Təzə avtomobillərin bahalaşmasına daha bir səbəb
Müasir avtomobillər xüsusi xidmət orqanlarının diqqət mərkəzində
Nadir "Bugatti"nin hərracda rekord qiymətə satılması gözlənilir - FOTO
Sərxoş sürücünün “dəlili”: Siqaretin dəmi gəlmişdi








