Ermənilərin vurduğu maşından tək başına düşmənin üzərinə gedib - VİDEO

O, ermənilərin vurduğu zirehli maşından düşərək düşmənin üzərinə gedib və silahla onları məhv edib.
Söhbət Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan tankçı, 24 yaşlı Seymur Bəylərovdan gedir.
"Report"un Qərb mərkəzinin əməkdaşları Samux rayon Qarayeri qəsəbə sakini, 1996-cı il təvəllüdlü tankçı, şəhid Seymur Bəylərovun ailəsinin yaşadığı evə baş çəkib və evdə yaxınlarının həmsöhbət olub.
Şəhid Seymur Bəylərov Vətən müharibəsi zamanı Suqovuşan kənd istiqamətində gedən döyüşlərdə iştirak edib. O, müharibənin ilk günlərində içərisində bir neçə döyüş yoldaşlarının da olduğu zirehli maşınla düşmənə hücum edən vaxt ermənilərin ağır artileriyadan açdığı atəşlə maşın vurulub. Buna baxmayaraq Seymur sıradan çıxmış zirehli maşından sağ çıxıb. Şəhid oluan döyüş yoldaşlarını yanan avtomobilin içərisindən çıxararaq kənara qoyub. Onların silallarını da götürərək düşmənin üzərinə tək başına gedib. Bir neçə erməni terrorçunu məhv edib və sonda snayper gülləsinə tuş gəlib. Aldığı güllə yarasında qəhrəmancasına şəhid olub.
Allah rəhmət eləsin!
Avtomat sürət qutusunun “evini yıxan” vərdişlər
Yaxın Şərqdə gərginlik avtomobil sektorunda xərc təzyiqini artırır
Elektrikli avtomobillər barədə doğru sanılan 7 böyük səhv
Avtomobildə yanacaq sərfiyyatını necə azaltmaq olar - Gözlənilməz bir üsul
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
Yollarda qayda pozan sürücülərlə necə davranılmalıdır? - VİDEO
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək










