Əsir düşmüş əsgərlərimizi xilas etmək üçün kampaniya başladılıb - VİDEO

Noyabrın 12-də “ANNA News” YouTube kanalında azərbaycanlı əsirə (Amin) rus jurnalisti tərəfindən tibbi yardımın göstərilməsi ilə bağlı video paylaşılıb.
Həmin materialda Aminin erməni hərbçisinin söyüşünə cavab verməsi də görünür. Sözügedən video ermənilər tərəfindən azərbaycanlı hərbçilərə münasibətdə humanizm kimi təqdim olunub.
Bir neçə gün sonra sosial şəbəkələrin erməni seqmentində daha bir video paylaşıldı.
Bu video materialda Aminin mikro avtobusda (tibbi yardım maşını olduğu ehtimal edilir) erməni hərbçilər tərəfindən işgəncələrə məruz qalması görünür.
Ermənistan tərəfi əsir götürülmüş azərbaycanlı hərbçilər arasında Amin və Bayram adlı şəxslərin olmadığını iddia edir.
Belə halda biz Amin və Bayramın həyatını xilas etmək üçün sosial şəbəkələrdə müvafiq olaraq #bringbackAmin və #bringbackBayram həştəqi ilə kampaniya başladılmasına qərar verilib.
Məsələnin araşdırılması üçün paralel olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsinə fərdi müraciətlər (email və ya tag formasında) olunmalıdır. Problem geniş işıqlandırıldıqdan sonra ermənilər Amin və Bayramın taleyi barədə məlumat verməyə məcbur olacaqlar.
Yolayrıcında iki pikap toqquşdu; sürücülərdən biri öldü - VİDEO
Yeni avtomobillərin qiyməti bahalaşır
Təzə avtomobillərin bahalaşmasına daha bir səbəb
Müasir avtomobillər xüsusi xidmət orqanlarının diqqət mərkəzində
Nadir "Bugatti"nin hərracda rekord qiymətə satılması gözlənilir - FOTO
Sərxoş sürücünün “dəlili”: Siqaretin dəmi gəlmişdi
Avtomobil bazarında "Çin tapmacası" - Qiymətlər niyə artmır?
Bu avtomobillərə tələbat artacaq - Bahalaşma gözlənilir?
Azərbaycanda avtomobilləri daha da bahalaşdıracaq HADİSƏ
Elektromobilin gediş ehtiyatını artıran qoşqu
20 ilin “Toyota”sı Çin avtomobilindən daha səmərəli işlədi








