Etibarnamə ilə avtomobil alanları bu təhlükə gözləyir - VİDEO

Bakıda avtomobilləri oğurlayıb satan şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs 2 dostu ilə birgə oğurladıqları maşınların müəyyən detallarını, xüsusilə, mühərriklərini dəyişib satıblar. Bu fakt avtomobil alarkən mühərrik nömrəsinin rəsmi sənəddə göstərilən nömrə ilə uyğun olub-olmaması məsələsini aktuallaşdırır.
İsmayıllı sakini 34 yaşlı Azad Dəmirovu, paytaxtın Yasamal rayon 29-cu polis bölməsinin əməkdaşları avtomobil oğurlamaqda şübhəli bilərək saxlayıb. Maşın ustası olan Azad Dəmirov ilk oğurluğunu 2 il əvvəl törətdiyini deyib. O, metronun 20 yanvar stansiyası yaxınlığında ''VAZ-2107'' markalı avtomobili oğurlayıb.
Polis müəyyən edib ki, Azad Dəmirov iki ''VAZ'' və bir ''Tofaş'' markalı avtomobili Tahir və Mahir Atakişiyev qardaşları ilə birgə oğurlayıb. Azad Dəmirov öz sənətindən istifadə edərək avtomobillərin detallarını və kodlarını dəyişdirərək onları satıb. O, oğurladığı avtomobilin birini 1300-1500 manat arasında sataraq pulu da 3 nəfər arasında bölüblər.
Bu işdə adı çəkilən Tahir və Mahir Atakişiyev qardaşları ötən ilin oktyabrında Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb ediliblər. Fakta görə Azad Dəmirov barəsində oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb.
Məsələ avtomobil alarkən mühərrik nömrəsinin qeydiyyat şəhadətnaməsindəki nömrə ilə uyğun olub olmamasını aktuallaşdırır. Ekspertlərin sözlərinə görə, avtomobil alarkən etibarnamə ilə yox, hər kəs öz adına qeydiyyata salmalıdır. Belə olduqda yol polisi avtomobilin ban, mühərrik və şassin nömrəsini yoxlayır.
Bu arada ötən il ərazində paytaxda 96 avtomobil qaçırılıb. Bu barədə Bakı Şəhər Dövlət Yol Polis idarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, qaçrılmış avtomobillərdən 75-i tapılaraq saz vəziyyətdə sahibinə qaytarılıb. 21 avtomobilin isə tapılması istiqamətində işlər aparılır.
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır
Azərbaycana avtomobil idxalı azalıb: Qiymətlər bahalaşacaq?
Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları kəskin bahalaşdı - VİDEO
Sürücülərin bal limiti artırılır, bəzi cərimə balları ləğv edilir - ŞAD XƏBƏR - VİDEO
Ağac altında park edilən avtomobillər üçün daha bir təhlükə - FOTO
Müasir benzinin köhnə avtomobillər üçün təhlükəsi
Ölkədə tək olan "Mercedes" FANTASTİK QİYMƏTƏ satışa çıxarıldı - FOTO
Avtomobil bazarında durğunluq: İdxal rəqəmləri narahatedici siqnal verir - VİDEO
Ən çox istifadə olunan avtomobil markaları: 2026-cı il üzrə SİYAHI
"Mercedes-Benz" bu ölkənin bazarından çıxa bilər
Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir










