Etibarnamə ilə maşın satdı - Başına iş açdı - VİDEO

İki il öncə satdığı avtomobilin cərimələri onun adına gəlir. Maraqlı hadisə Yevlax rayonun Ərəş kənd sakini Rüfət Bəşirovun başına gəlib. O, 1983 il istehsalı olan avtobilini Bərdə rayon sakininə sataraq 1 il müddətinə etibarnamə verib. Həmin şəxs isə avtomobili 3-cü bir şəxsə satıb. Hazırda isə Rüfət Məmmədovun adına 26 illik verilən etibarnamənin müddəti davam etdiyindən cərimələr Yevlax sakinin ünvanına gəlir. İndi isə Rüfət Bəşirov adında olan etibarnaməni ləğv etdirmək istəyir. O avtomobilin əsl sahibi ilə əlaqə saxlamağa çalışıb. Ancaq məlum olub ki, həmin şəxs ötən il dünyasını dəyişib. Aidiyyatı qrumlara müraciət etsədə ona bu etibarnamənin ləğv edilməyəcəyi bildirilib.
Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev deyir ki, vətəndaş 37 illik etibarnaməni ləğv etdirə bilər. Əgər həmin şəxs etibarnaməni ləğv etdirmək istəyirsə, o mütləq avtomobilin əsl sahibinin ölümü barədə kağızı natariusa təqdim etməlidir. Bu zaman həmin etibarnamə ləğv ediləcək. Bununla da həmin avtomovil ilə yol hərəkəti qaydalarının pozulmasına görə, yazılan protokollar onun ünvanına gəlməyəcək.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












