"Etibarsız" etibarnamə - Avtomobil satarkən diqqətli olun! - VİDEO

İsmayıllı sakini etibarnamə ilə maşın satdıqdan sonra problemlərlə üzləşib. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini əldə edən bir şəxs avtomobilin əsl sahibinin adından saxta sənədlər düzəldib və həmin sənədlərlə vətəndaşları aldadıb.
1 illik etibarnamə ilə maşın satdı. Sonra dələduzluqla qarşılaşdı. Bu iddia ilə İsmayıllı sakini Şanil Musatafayev çıxış edib. Onun sözlərinə görə avtomobilini Çingiz adlı şəxsə satıb. Həmin şəxs də bir müddət sonra nəqliyyat vasitəsini satmaq qərarına gəlib və bununla bağlı elan saytlarından birində məlumat paylaşıb. Problem də bundan sonra başlayıb. Şanil Mustafayev iddia edir ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin şəklini əldə edən şəxs onun adından istifadə edərək başqalarına qarşı dələduzluz etməyə başlayıb. Şanil Musatafayev deyir ki, aldadılmış adamlar onun ünvanına gəlirlər. Zərərçəkən məsələ ilə bağlı polisə müraciət edib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, ərizəsi qəbul olunub. Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Xaricdən avtomobil gətirmək istəyənlərin diqqətinə! – Rekord ARTIM
Cəmi bir neçə dəqiqədə oğurlanan və rahat satılan detal – Hansı avtomobillər hədəfdədir?
Ani tormoz verən maşını arxadan vursalar günah kimdədir? - HÜQUQİ İZAH
Sükan arxasında telefonla danışan sürücülərə 50 MANAT CƏRİMƏ - Kameralar bunu çəkə bilər?
Qış təkəri məcburidirmi? - Ekspertdən sürücülər üçün VACİB AÇIQLAMA
Türkdilli ölkə antik avtomobillərlə bağlı Almaniya sisteminə keçir - FOTO
İki Avropa ölkəsi Çin avtomobillərində təhlükə görür
Yol qəzalarından sonra sığorta ödənişi niyə yubanır? - VİDEO
Çin qlobal avtomobil sənayesini fəth etdi, veteran AB brendləri isə…
"Lamborghini" rekord sayda avtomobil satıb - 10 mindən çox
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - 2000 manata qədər ...











