“Etibarsiz” etibarnamə – maşın alanda diqqətli olun - VİDEO

Bakıda mülki etibarnamə ilə maşın alan şəxs avtomobilindən olub. Çünki 2011 -ci ildə ona verilən mülki etibarnamə bir müddət əvvəl ləğv edilib. Sürücü isə bundan yalnız yol polisi onu saxladıqdan sonra xəbər tutub. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, 10-MO-709 dövlət qeydiyyat nişanlı maşınının sahibi Mirağa Kərimov adlı şəxs hazırda avtomobili idarə edənlə yanaşı, Nazim Zeynalov adlı sürücüyə də mülkü etibarnamə verib. Həmin şəxs isə avtomobili idarə etmək üçün İrşad Zeynalova etibarnamə verib. Beləlikə, sonuncu etibarnamə İrşad Zeynalova verildiyindən bütün elektron protokollarda ona göndərilib.
Maraqlısı budur ki, bizə müraciət edən şəxs avtomobili etibarnamə ilə idarə etsə də, əslində, həmin sənəddə qüvvədən düşüb. Üstəlik, həmin nəqliyyat vasitəsi saxlanıldığı yerdə cərimə meydançasına qoyulacaq və mülki etibarnamə ilə maşını idarə edən Elman Nəcəfov hətta cərimələri ödəsə belə avtomobil ona verilməyəcək.
Bu fakt bir daha göstərir ki, mülkü etibarnamə ilə avtomobil alan şəxslərdən idarə etdikləri nəqliyyat vasitələri hər an alına bilər.
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?










