Eyni yolda daha bir ağır qəza - 1 ölü, 2 yaralı

Bakı-Şamaxı yolunda 1 nəfərin ölümü, 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə iyulun 11-də axşam saat 20:00 radələrində magistral yolun 108-ci kilometrliyində, Qobustan rayonunun “Acıdərə” adlanan ərazisində qeydə alınıb.
99-FT-702 dövlət nömrə nişanlı “Nissan” və 90-EX-685 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı “VAZ 2107” markalı minik avtomobilindəki sərnişinlər -Tovuz rayon sakini 1959-cu il təvəllüdlü Bayramova Südabə Bahadur qızı, bacısı 1958-ci il təvəllüdlü Bayramova Roza Bahadur qızı, 1979-cu il təvəllüdlü Şükürova Samirə Gülbala qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Südabə Bayramova aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, dünən Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində minik avtomobilinin yük maşını ilə toqquşması 4 nəfərin ölümü ilə nəticələnib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










