FİA Formula 1-dəki hərəkətinə görə ona əlavə sanksiya tətbiq etməyib

Beynəlxalq Avtomobil Federasiyası (FİA) "Ferrari" pilotu Sebastyan Fettelin "Mersedes"dəki həmkarı Lüis Hemiltona qarşı hərəkəti ilə əlaqədar əlavə sanksiya tətbiq etməyib. "Report"un məlumatına görə, Formula 1 üzrə Azərbaycan Qran Prisi zamanı baş vermiş insidentə Fransanın paytaxtı Parisdə xüsusi komissiyanın iclasında baxılıb. İclasa "Ferrari"nin rəhbəri Maurisio Arrivabene ilə qatılan 4 qat dünya çempionu baş verənlərlə əlaqədar məsuliyyəti öz üzərinə götürüb və Hemiltonla tamaşaçılardan üzr istəyib. O, FİA rəsmilərinə söz verib ki, qarşıdan gələn 12 ayda şəxsi vaxtını gənc sürücülərin hazırlığına sərf etmək istəyir.
FİA prezidenti Jan Todt məsələnin qapanmalı olduğuna dair qərar verib. Bununla yanaşı, o, qayda pozuntusu və mənfi nəticələrin ciddiliyini vurğulayaraq, belə halın təkrarlanacağı təqdirdə, məsələnin FİA-nın Beynəlxalq Tribunalına baxılmaq üçün veriləcəyini söyləyib. Beləliklə, Fettel 7-9 iyulda keçiriləcək Avstriya Qran Prisinə cərimə xalları olmadan qatılacaq.
Qeyd edək ki, Azərbaycan Qran Prisində iki iddialı pilot - Luis Hemilton və Sebastyan Fettel arasındakı insidentə son döngədə birincinin əyləci basması səbəb olub. Nəticədə "Ferrari”nin pilotu maşınının burnu ilə onun bolidini vurub. 4 qat dünya çempionu bununla da kifayətlənməyərək, döngədən çıxan kimi rəqibinə çatıb və maşınını onun bolidinin təkərlərinə toxundurub. Ən önəmli epizod isə 51 dövrəlik mübarizənin 31-ci dövrəsində yaşanıb. Hemiltonun bolidindəki başlığı təcili dəyişdirmək lazım gəlib. Fettel isə etdiyi hərəkətə görə 10 saniyə dayanma cəriməsi alıb. Nəticədə hər iki pilot ilk 3-lükdən aralanıb.
Beləliklə, "Red Bull"un pilotu Daniel Rikkardo yarışın qalibi olub. "Mercedes"in pilotu Valtteri Bottas ikinci, "Uilyams"ın pilotu Lens Stroll isə üçüncü yeri tutub.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










