Banner

"Ford" 1 milyondan çox avtomobili GERİ ÇAĞIRIR

Avtoxəbər 31 May 2025 00:00 Oxunub 1636
"Ford" 1 milyondan çox avtomobili GERİ ÇAĞIRIR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Ford" arxa görüntü kameralarında yaranan problemlərə görə ABŞ-də 1.1 milyona yaxın avtomobili geri çağıracaq.

Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.

Qeyd olunub ki, arxa görüntü kameralarında proqram problemləri səbəbindən görüntü əks olunmaya bilər və bu, qəza riskini artırır.

Geriçağırılma 2021-2024-cü illərdə buraxılmış "Bronco", "F-150", "Edge" modellərinə, həmçinin 2023-2024-cü illərə aid "Escape", "Corsair", "F-250", "F-350", "F-450", "F-550" və "F-600" modellərinə şamil edilir.

Bundan əlavə, geriçağırma kampaniyası 2022-2024-cü illər üzrə "Expedition", 2022-2025-ci illər üzrə "Transit", 2021-2023-cü illər üzrə "Mach-E", 2024-cü ilin "Ranger", 2022-2024-cü illər üzrə "Mustang" modellərinə, eləcə də 2022-2024-cü illər üzrə "Lincoln Nautilus" və "Navigator" modellərinə də aiddir.

Siyahıdakı bütün avtomobillərin proqram təminatı yeniləndikdən sonra problemin aradan qalxacağı ehtimal olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh