Füzulidə məhv edilən erməni tankı belə parçalandı - VİDEO

Rusiyanın Donbas separatçılarını təbliğ edən news-front.info portalının reportyoru aprelin 2-dən 5-nə qədər qanlı döyüşlərin getdiyi Füzuli rayonunda, ermənilərin nəzarətindəki ərazilərdə olub. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, rusiyalı reportyor reportajında “Dağlıq Qarabağ respublikası” kimi ifadələr işlədir və ermənilərin mövqeyindən çıxış edir. Lakin onun çəkdiyi kadrlar maraqlıdır. Belə ki, reportyor Azərbaycan ordusunun məhv etdiyi erməni tankının qalıqlarının görüntülərini və silahlı qüvvələrimizin düşməndən geri aldığı ərazilərdə apardığı istehkam işlərini lentə alıb.
Kadrlardan görünür ki, düşmənin T-72 tankı aldığı zərbədən darmadağın olub, tankdan əsər-əlamət qalmayıb. Qülləsi onlarla metr kənara uçub. Rusiyalı jurnalist erməni hərbçilərinə istinadən xəbər verir ki, T-72 tank əleyhinə raketlə vurulub. Həmin kadrları təqdim edirik.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR














