"Galenvagen"siz toy olar? - İndi də kortej dəbə düşüb - VİDEO

Əvvələr gəlini bahalı maşınla aparmaq dəb sayılırdısa indi kortej populyardır. Bahalı maşınlardan ibarət toy karvanı dəbdəbəli toylara bir az daha dəbdəbə qatır. Hətta bəzən bir kortej toy sahibinə 5 min manata yaxın başa gəlir. Toy günlərində belə hallar dəb halını alıb. Toyunu daha dəbdəbəli etmək üçün kortejdəki avtomobillərin sayını artıranlar da var. Hətta bunun üçün bədxərclik etmək də problem deyil. Kortejin qiyməti avtomobillərin sayından asılı olaraq dəyişir. Bir neçə avtomobildən ibarət kortejdəki maşınlar tək-tək icarədən daha ucuz başa gəlir. Toy korteji isə insanlar tərəfindən birmənalı şəkildə qarşılanmır. Toy günü bir bahalı maşın tapmağın onsuz da xərcə səbəb olduğunu deyənlər bunu israfçılıq sayır. Onlar, bahalı toy menyularının tənqid olundugu bir vaxtda kortejlərə marağın artmasını düzgün hesab etmirlər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












