Gələn həftədən bu avtomobillərin Azərbaycana gətirilməsi QADAĞAN EDİLİR

“Azərbaycanda Çin avtomobillərinə maraq yüksək səviyyədədir”. Bunu İqtisadiyyat.az-a açıqlamasında avtomobil bazarındakı vəziyyəti şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib. Onun sözlərinə görə, xüsusən də hibrid, plagin hibrid və ya tam elektrikli avtomobillərə maraq və tələbat daha çoxdur. Bu tələbatın başlıca səbəbi isə qiymətlərin münasib olmasıdır: “Hazırda bazarda daha çox Çin avtomobillərinə üstünlük verilir. Bu avtomobillərin əksəriyyəti Aİ-92 markalı benzinlə işləyir. Həmçinin bu avtomobillərin qiymətləri də əlçatandır. Halbuki ənənəvi avtomobillərin hibrid və tam elektrikli versiyaları çox bahadır. Çin versiyasında isə insanlar ciblərinə uyğun modelləri asanlıqla tapa bilirlər”.
Ekspert həmçinin ölkəmizə idxal olunan nəqliyyat vasitələrinin istehsal ilindən də danışıb. O, Azərbaycana idxalına qadağa qoyulan avtomobillərə də toxunub.
Xatırladıb ki, Nazirlər Kabineti tərəfindən avtomobil idxalı barədə verilmiş məlum qərar hər il yenilənir. “Bu qərarla istehsal ili 10 ildən artıq olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi qadağandır. Yəni car il istehsal ili 2013-cü il olan avtomobillərin ölkəmizə gətirilməsinə icazə verilirdisə, artıq yanvar ayından idxalına icazə verilən nəqliyyat vasitələrinin istehsal ili ən azı 2014 olmalıdır. 2014-dən əvvəl istehsal olunan avtomobillərin gətirilməsi məhdudlaşdırılacaq. Çünki avtomobil parkını yeniləməyə çalışan bir çox ölkə hətta 5 ildən yuxarı olan maşınların ölkəyə gətirilməsini məhdudlaşdırır”.
Qeyd edək ki, Azərbaycanda 92 markalı benzinlə işləyən Çin avtomobillərindən biri də Jetour avtomobilləridir. Babək prospektində yerləşən Jetour avtomobil mərkəzində cibə uyğun son model avtomobillər əldə edə bilərsiniz.
Ünvan:
Bakı şəh. Nizami ray. Babək pr. 22/69
+ 994 12 526 00 78
+994 50 275 00 78
+994 50 285 00 78
Türkdilli ölkə antik avtomobillərlə bağlı Almaniya sisteminə keçir - FOTO
İki Avropa ölkəsi Çin avtomobillərində təhlükə görür
Yol qəzalarından sonra sığorta ödənişi niyə yubanır? - VİDEO
Çin qlobal avtomobil sənayesini fəth etdi, veteran AB brendləri isə…
"Lamborghini" rekord sayda avtomobil satıb - 10 mindən çox
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - 2000 manata qədər ...
Avtomobildə qazdan zəhərlənmə təhlükəsi - Risk yaradan səbəblər
"Volvo"dan genişmiqyaslı yenilənmə: İki milyondan çox avtomobili əhatə edəcək
Bir USB ilə bütün sistemi sıradan çıxa bilər - Avtomobil üçün gizli təhlükə
Bu məşhur 5 avtomobili almayın! - SİYAHI
Maşınınıza ehtiyat hissələri alarkən diqqətli olun: Köhnə və xarab detallar satılır











