Gəncədə sürücü özünü pis hiss etdi; görün nələr baş verdi - 3 yaralı

Gəncə şəhərində zəncirvari yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil idarəetməni itirərək əvvəlcə “Hyundai” markalı, daha sonra “Niva” və “VAZ-2107” markalı maşınlara çırpılıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb. İlkin ehtimala görə, qəza “Mercedes”in sürücüsünün sükan arxasında özünü pis etməsi səbəbindən baş verib.
***
Gəncənin Şeyx Bahəddin küçəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Şəhər sakini 1975-ci il təvəllüdlü Ziya Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən özünü pis hiss edərək idarəetməni itirib və maşın “Hyundai”-a çırpılıb. “Hyundai” isə başqa iki avtomobilə dəyib. Daha sonra “Mercedes” “Niva” və “VAZ-2107” ilə toqquşub. Qəza zamanı “VAZ” yolun kənarında olan iki piyada, 1979-cu il təvəllüdlü Seymur İsmayılov və 1988-ci il təvəllüdlü Mirvari Tağıyevanı vuraraq mağazanın divarına çırpılıb. Xəsarət alan 3 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












