Generalların doğulduğu yerlər də işğaldan azad edildi - VİDEO

Azərbaycan Ordusu işğal altında olan torpaqları, rayonları azad etmək üçün hərbi əməliyyatları davam etdirir. Ordu birliklərinə rəhbərlik edən iki general isə 27 il idi ki, məcburi köçkün idilər. Artıq onlar doğulduqları yerləri düşmən tapdağından azad ediblər.
Avtosfer.az -ın “Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, birlik komandiri, general-mayor Mayis Bərxudarov 20 aprel 1976-cı ildə Qubadlı şəhərində doğulub. Mayis Bərxudarov uşaq vaxtlarında güləşlə məşğul olub.
Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub. 90-cı illərdə Qarabağ müharibəsində şəhid olan müəllimi Əliyar Əliyevə söz verib ki, Azərbaycan bayrağını Ə.Əliyevin şəhid olduğu "Laçın dəhlizi"ndə sancacaq. Prezident İlham Əliyev Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə Mayis Bərxudarovu təbrik etmişdi.
Dünən isə general-mayor Mayis Bərxudarovun doğulduğu Qubadlı şəhəri işğaldan azad edilib. Generalın doğma şəhəri geri qaytarıldı, indi isə növbə şəhid olan müəlliminə verdiyi sözdədir.
27 il kəndi işğal altında olan daha bir generalımız isə Hikmət Həsənovdur. 1-ci Ordu korpusunun komandiri H.Həsənov Suqovuşanı işğaldan azad etdiyi üçün Ali Baş Komandan tərəfindən təbrik alıb.
General-mayor Hikmət Həsənov 1975-ci il oktyabrın 9-da Füzuli rayonunun Pirəhmədli kəndində anadan olub. Orta məktəbdə oxuduğu vaxt Ermənistan Füzuli rayonunu və generalın doğulduğu kəndi işğal edib. Bu hadisədən sonra Hikmət Həsənov hərbçi olmaq fikrini qətiləşdirib. 1992-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. Elə həmin ildə cəbhədə vəziyyətin pis olduğunu görüb və ərizə yazaraq təhsilini yarımçıq qoyaraq doğma kəndi uğrunda döyüşlərə qatılıb. Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli şəhəri ilə birgə rayonun Pirəhmədli kəndinin da işğaldan azad edildiyini açıqlayıb. General-mayor Hikmət Həsənov da artıq məcburi köçkün deyil.


Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək










