Gömrük Komitəsi sərhəddə yaranmış sıxlıqla bağlı məlumat yaydı

Dövlət Gömrük Komitəsi fevralın 18-də bir sıra kütləvi informasiya vasitələri Azərbaycan-Rusiya sərhədində sıxlığın yaranması ilə bağlı məlumatlar yayıb. Avtosfer.az-ın komitənin saytına istinadən məlumatına görə, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Rusiya Federasiyasından Azərbaycana gələn vətəndaşlar ölkəmizlə sərhəddə yerləşən “Novo-Filə-Şirvanovka” gömrük-keçid məntəqəsinə yubanmış və adıçəkilən məntəqədə iş vaxtı bitdiyi üçün vətəndaşlar “Yaraq-Qazmalar-Samur” gömrük-keçid məntəqəsinə yönləndirilib. Nəticədə “Yaraq-Qazmalar” gömrük-keçid məntəqəsindən keçərək ölkəmizə gələnlərin sayındakı artım Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda sıxlığın yaranmasına səbəb olub. Azərbaycan gömrük xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində, nizamlı qaydada həyata keçirilən gömrük nəzarətinin, eləcə də tibbi müşahidənin aparılması ilə qısa vaxt ərzində sıxlıq aradan qaldırılıb. Hazırda “Samur” gömrük-keçid məntəqəsi normal rejimdə fəaliyyətini davam etdirir, vətəndaşların və nəqliyyat vasitələrin hərəkətində heç bir sıxlıq müşahidə olunmur.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












