Gözlənilməz qərar - Benzin və dizellə işləyən avtomobillər ləğv olunur

2040-cı ildən Böyük Britaniyada benzin, yaxud dizel yanacağıyla işləyən avtomobillərin satışına qadağa qoyulacağı planlaşdırılır. Bu qərar havanın keyfiyyətinin yaxşılaşdırılması üzrə hökumət strategiyasının tərkib hissəsidir. Yerli hökumətlərin avtomobillərdən azot dioksid tullantılarının havaya buraxılması ilə mübarizəsinə dəstək vermək üçün büdcədən 255 mlrd. funt ayrılacaq. Britaniya hökumətinin araşdırmalarına görə, hava çirklənməsi il ərzində 50 min insanın erkən ölümünə səbəb olur. Çirklənmənin nəticələri dövlət büdcəsinə hər il 27, 5 mlrd. funt sterlinqə başa gəlir. Ölkədə dizel avtomobillərinin satışının stimullaşdırılmasına karbon dioksidin planetdə qlobal istiləşməyə təsir göstərən ən təhlükəli tullantı kimi qəbul edilməsindən sonra başlanılıb. Hazırda isə alimlər və hökumət rəsmiləri avtomobillərdən azot dioksid tullantlarının həddindən çox böyük həcmdə buraxılmasından narahatdır.
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












