Günəşdəki növbəti maksimum aktivlik 2030-2032-ci illərdə olacaq - Rəsədxana

"Günəşdəki növbəti maksimum aktivlik 2030-2032-ci illərdə olacaq". Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Namiq Cəlilov deyib. N.Cəlilovun sözlərinə görə, günəşdə maksimum aktivlik olanda plazmalar daha çox atılır: "Günəş 4 milyard ildir yaşayır və belə hadisələr həmişə baş verir. Günəşin maksimuma çatması da ənənəvi prosesdir. Ona görə də 2030-2032-ci illərdə olacaq maksimum aktivlik nəticəsində də qeyri-adi hadisə gözlənilmir. Belə proseslər nəticəsində Yer ətrafında kosmik aparatların, peyklərin orbit elementləri sürüşür. Müxtəlif radiosiqnalların düzgün ötürülməsində maneələr yaranır, zərbə dalğası atmosferin tərkibinə keçirsə, orada yüklü zərrəciklərin miqdarı, atmosferin keçiriciliyi dəyişir. Birbaşa insanlara ziyan verən hadisələr olmur. Çünki bizi həm Yerin maqnit sahəsi, həm də atmosfer qoruyur. Onlar zərbələrin qarşısını alır".
O bildirib ki, Günəşdəki təhlükələr daim nəzarət altında saxlanılır: "ABŞ-ın iki müxtəlif peyki ilə iki müxtəlif istiqamətdən Günəş müşahidə altında saxlanılır. Bunun nəticəsində daxil olan informasiyalara əsasən də proznozlar verilir. Bu proqnozlara onlayn rejimdə hamı, o cümlədən biz də baxırıq. Bu cür proqnozları vermək üçün elə də böyük imkanlarımız yoxdur və biz ancaq hazır materiallardan istifadə edə bilirik".
Direktorun sözlərinə görə, Günəşdə hər 11 ildən bir maksimum aktivlik baş verir: "Maksimum dövrdə Günəşdəki partlayışlar, plazma kütlələrinin atılması daha çox baş verir. İndi Günəş tamamilə sakit vəziyyətdədir, minimuma doğru gedir. Alışmalar, plazma atılmalarının sayı azdır. Olanda da gücləri az olur".
O qeyd edib ki, Günəşdə gözlənilən hadisələrlə bağlı proqnozlar vermək çətindir: "Günəşdə böyük hadisələr baş verir, amma təsəvvür edin ki, 150 milyon km-lik məsafədə atılmış top atəşi Yerə ya dəyir, ya da dəymir?! Plazmaların böyük əksəriyyəti Yerdən yan keçir. Dəyəndə də Yerin maqnit sahəsində güclü həyəcanlanma-maqnit qasırğaları, təlatümləri olur. Biz onları hiss edirik. Əsas da ürək-damar sistemində problemlər olanlar bunu daha güclü hiss edirlər. Yerin maqnit sahəsi Yeri həmişə müdafiə edir. Yerin maqnit sahəsi olmasaydı, yerdə həyat mümkün olmazdı".
Elektromobillər daha az sürülür
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır
Azərbaycana avtomobil idxalı azalıb: Qiymətlər bahalaşacaq?
Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları kəskin bahalaşdı - VİDEO
Sürücülərin bal limiti artırılır, bəzi cərimə balları ləğv edilir - ŞAD XƏBƏR - VİDEO
Ağac altında park edilən avtomobillər üçün daha bir təhlükə - FOTO
Müasir benzinin köhnə avtomobillər üçün təhlükəsi
Ölkədə tək olan "Mercedes" FANTASTİK QİYMƏTƏ satışa çıxarıldı - FOTO
Avtomobil bazarında durğunluq: İdxal rəqəmləri narahatedici siqnal verir - VİDEO
Ən çox istifadə olunan avtomobil markaları: 2026-cı il üzrə SİYAHI
"Mercedes-Benz" bu ölkənin bazarından çıxa bilər










