"Günlərin birində "Tesla", "Apple"dan daha bahalı şirkət olacaq"

"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. Belə ki, onun sözlərinə görə günlərin birində "Tesla” şirkəti, "Apple”dan daha bahalı şirkət olacaq. Sonuncu şirkət görüşməsində çıxış etmiş Musk, "Tesla”nın (hal-hazırki dəyəri 51 milyard dollar) "Apple”dan (hal-hazırki dəyəri 776 milyard dollar) daha baha olmasının necə reallaşması yolunu bildiyini Wall-Street analitiklərinə bildirib. Onun sözlərinə əsasən şirkət hal-hazırda Model 3 avtomobil versiyasının satışa çıxarılmasının astanasındadır. Bu avtomobil, 13 il bundan öncə avtomobil sahəsinə investisiya yatırmış Musk-ın gözləntilərini təmin etmək üçün nəzərdə tutulub. O vaxtlarda isə Musk-ın əsas məqsədi elektromobillərin, kütləvi bazara çıxarılması idi. Bununla belə Model 3-ün hazırlanması, "Tesla” şirkətinin bu ilin əvvəlində bir qədər vəsait itirməsinə gətirib çıxartdı. Musk etiraf etdi ki, yeni avtomobil üçün seçilmiş ad, bir çoxlarında çaşqınlıq yaratdı. İlk öncə o, yeni avtomobili Model E adlandırmaq istəyirdi. Lakin artıq Model E adlı avtomobilə sahib "Ford” şirkətinin şikayətlərindən sonra ad dəyişərək Model 3 oldu. Beləliklə bu ad ilə avtomobil bir növ "Tesla”nın 3-cü platformasını təqdim edəcək. Lakin buna baxmayaraq Musk sözügedən addan heç də razı deyil. Belə ki, bir çox insanların fikrincə bu sadəcə olaraq Model S seriyasının 3-cü versiyası olacaq. Bu isə Model 3-ün satışlarına təsir göstərə bilər. Qeyd etmək lazımdır ki, Model 3-ün start qiyməti 35.000$ təşkil edəcək. "Tesla”nın sözlərinə əsasən isə Model 3-də olacaq özəlliklər, daha bahalı avtomobillərə xas olan özəlliklərdən olacaq. Nəyə görə günlərin birində "Tesla”nın "Apple”dan baha olacağını başa salan Musk qeyd edib ki, onun şirkəti hal-hazırda istehsalat prosesinin avtomatlaşdırılması üzərində çalışır. Bu özəllik isə "Tesla”nı digər avtomobil istehsalçıları arasında lider şirkət edə bilər.
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?










