Gürcülər azərbaycanlı sürücülərdən pul istəyir

"Gürcüstandakı mərkəzi avtoban ödənişli olmalıdır". "Report" "Biznes-Qruziya"ya istinadən xəbər verir ki, bu fikri Gürcüstanın regional inkişaf və infrastruktur naziri Nodar Cavaxişvili söyləyib. O hesab edir ki, Gürcüstan Çin, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Ermənistan və digər ölkələr üçün unikal yollar çəkə biləcək dövlətlərdən deyil. Onun fikrincə, bu dövlətlər sözügedən yoldan istifadəyə görə ödəniş etməlidirlər. "Əgər bir nazir kimi məndən soruşsanız, deyərəm ki, o, mütləq ödənişli olmalıdır, daha artığını deyim, ümumiyyətlə bu avtoban əvvəldən axıradək ödənişli olmalıdır. Qoy bu, gürcüləri qorxutmasın, çünki biz "İpək yolu"nun tərkib hissəsiyik. Bu avtobanın böyük hissəsindən əcnəbilər istifadə etməlidir. Biz Çin, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Ermənistan və digər ölkələr üçün unikal yollar çəkə biləcək dövlətlərdən deyil. Onlar bu yoldan istifadəyə görə, ödəniş etməlidirlər və dövlətin hazırda mövcud olan böyük borcunun bağlanmasının yeganə mənbəyi bu olmalıdır", - deyə nazir qeyd edib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












