Gürcüstan xarici avtomaşınlar üçün yeni qayda tətbiq edəcək

Gürcüstan parlamenti ölkəyə daxil olan xarici dövlət nömrə nişanlı avtomaşınlarla bağlı yeni qanun qəbul edib. Qanuna əsasən, 15 gündən artıq Gürcüstan ərazisində qalan xarici nömrəli maşının sürücüsü ölkəyə daxil olan zaman nəqliyyat vasitəsini sığortalamalıdır. Qanun layihəsi prezident tərəfindən təsdiqlənərsə, 2018-ci il 1 mart tarixindən qüvvəyə minəcək. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə "Sputnik Georgia" agentliyinə istinadən xəbər verir. Layihəyə əsasən, Gürcüstana daxil olan xarici nömrəli maşınların sığorta qiyməti nəqliyyat vasitəsinin növundən və sığorta müddətindən asılı olacaq. Sürücülər sığortanı nəzarət-keçid məntəqəsində əldə edilə biləcəklər. Avtonəqliyyat vasitəsini 15, 30, 90 günlük, həmçinin 1 illik sığortalamaq mümkün olacaq. Sığorta yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmişə dəymiş həm fiziki, həm də maddi zərəri əhatə edəcək. Sürücülər sığorta olunmayan motosiklet, minik avtomobili, kənd təsərrüfatı texnikasına görə 100 lari (39,2 dollardan çox), avtobus və yük avtomobilləri üzrə 200 lari (78,4 dollar) cərimələnəcəklər.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












