Gürcüstana avtomobillə gedənlərin DİQQƏTİNƏ

Mart ayının 1-dən etibarən Gürcüstana 15 gündən az olmayan müddətə avtonəqliyyat vasitəsi ilə daxil olan xarici vətəndaşlardan avtomobil sığortası tələb olunacaq. APA-nın məlumatına əsasən, qüvvəyə minəcək yeni qaydalara əsasən, sığortanı nəzarət-buraxılış məntəqələrində əldə etmək mümkündür. Sığorta paketinin qiyməti isə nəqliyyat vasitəsinin növündən və sığorta müddətindən asılıdır. Nəqliyyat vasitəsini 15, 30, 90 gün və 1 il müddətinə sığortalamaq mümkündür. 15 günlük sığorta paketinin qiyməti 3,5 tona qədər çəkisi olan minik avtomobili üçün 30 lari (12 dollar), yük maşını üçün isə 60 lari (24 dollar) təşkil edir. Xarici vətəndaş Gürcüstan ərazisində nəqliyyat vasitəsini sığortasız idarə edərsə, motosikl, minik avtomobili, kənd təsərrüfatı texnikası üçün 100 lari, avtobus və yük maşınları üçün isə 200 lari məbləğində cərimələnəcək.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












