Gürcüstandan Azərbaycana avtomobil ixracı kəskin artıb - STATİSTİKA

2023-cü ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan Azərbaycana 328,7 milyon ABŞ dolları dəyərində 18 299 ədəd avtomobil ixrac edib.
Avtosfer.az xəbər verir ki, bu il Gürcüstanın Azərbaycana ixrac etdiyi avtomobillərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 4 288 ədəd və ya 19% azalıb, lakin dəyəri 106,8 milyon dollar və ya 48,1% artıb.
Belə ki, 2022-ci ilin ilk 9 ayı ərzində Gürcüstan Azərbaycana 221,9 milyon dollar dəyərində 22 587 ədəd avtomobil ixrac edib.
Statistikaya əsasən Gürcüstandan bu il Azərbaycana ixrac edilən hər bir avtomobil üçün çəkilən xərc orta hesabla 17,9 min dollar təşkil edib, ötən il isə bu, 9 825 dollar olub.
Ümumilikdə Gürcüstan bu ilin yanvar-sentyabr ayları ərzində 1 milyard 566 milyon dollar dəyərində avtomobil ixrac edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. Hesabat dövründə avtomobil ixracı Gürcüstanın əsas ixrac istiqaməti olub və ümumi ixracının 34%-ni təşkil edib
apa
Xaricdən avtomobil gətirənlərin sayı niyə kəskin azalıb? - VİDEO
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar










