Güzəşt müddəti bitdi, 100-dən çox sürücü cərimələndi - VİDEO

Avtomobilin dövlət nömrə nişanında olan defis simvoluna görə cərimələnən sürücülərin sayı gündən-günə çoxalır. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsininin bölmə rəisi Vaqif Əsədov deyib. Nömrədə silinən defis simvolu ilə bağlı sürücülərə hələ oktyabrın 12-də xəbərdarlıq etmişdi. Bir ay da vaxt verilmişdi ki, avtomobilin dövlət nömrə nişanında olan çatışmazlığı aradan qaldırsınlar. Amma statistika onu göstərir ki, hələ də buna məhəl qoymayan sürücülər var.
Qeyd edək ki, nömrəyə görə ölkə üzrə tərtib edilən 133 cərimənin böyük əksəriyyəti Bakıda yol polisi tərəfindən yazılıb. Amma bu istiqamətdə respublikanın magistral yollarında olan stasionar postlarda da yol polisi belə sürücülərə qarşı nəzarəti gücləndirib. Yol polisi bir daha sürücülərə xəbərdarlıq edir ki, avtomobillərinin nömrəsində olan çatışmazlığı aradan qaldırsınlar.
Son günlər sürücülər arasında belə bir xəbər də yayılıb ki, üzərində çip olmayan, eyni zamanda, bayrağı dalğalı vəziyyətdə olan nömrələri dəyişdirməyən sürücülər də cərimə ediləcək. Buna görə də sürücülər arasında kütləvi şəkildə avtomobillərin nömrəsinin dəyişdirilməsi aparılıb. Lakin V.Əsədov bildirib ki, bu barədə heç bir göstəriş verilməyib.
Noyabr ayının 13-dən etibarən avtomobilinin nömrəsində olan çatışmazlığı, yəni defis simvolunu bərpa etdirməyən sürücülər 50 manat məbləğində cərimə edilirlər.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












