Hansı markalı avtomobillər nə qədər bahalaşacaq?

Azərbaycanda elan vasitəsilə satışa çıxarılan avtomobillər kütləvi şəkildə saytlardan çıxarılır. Avtosfer.az xəbər verir ki, bunu fins.az-a açıqlamasında əmlak bazarı üzrə ekspert, alsat.az elan saytının rəhbəri Vaqif Hüseynov deyib. O bildirib ki, əvvəl avtomobilini elan saytları vasitəsilə satışa çıxaranlar müraciət edib elanları saytlardan çıxarırlar: "Son bir ayda yerləşdirilən avtomobil elanlarının 30-40%-i artıq silinib. Məsələn, bir ay əvvəl avtomobili 8 min manata satışa çıxarıb. Amma bu gün həmin maşını 8 min manata satmaq ona sərfəli deyil. Çünki bir ay sonra həmin avtomobil 9 min manata kimi bahalaşacaq. Bunu nəzərə alan avtomobil sahibi bir qədər də gözləyib avtomobili daha baha satmaq istəyir".
Ekspertin sözlərinə görə, elanla kütləvi satışı dayandırılan avtomobillər qiyməti 8-12 min manat olan E və C seriyasına aid köhnə "Mercedes" modelləri, "Opel Vectra", "Opel Astra", "Kia Rio", "Hyundai Accent" avtomobilləridir. Ona görə də bahalaşma daha çox bu avtomobillərdə olacaq".
"Bazarın ürəyi qiyməti 10 min manat civarında olan avtomobillərdə döyünür. Söhbət burada taksi fəaliyyəti üçün əlverişli olan avtomobillərdən gedir. Bundan baha avtomobillər bazar üçün prioritet deyil. Məsələn, 16-18 min manatlıq "Hyundai Sonata", 20 min manatlıq "Kia Sportage" taksi olacaq avtomobil deyil" — Hüseynov bildirib. O, əlavə edib ki, qiyməti 10 min manat civarında olan avtomobillər 10-15%-ə qədər, yəni 1000-1500 manat bahalaşacaq: "Qiyməti bundan yuxarı olan avtomobillərdə isə istisna hallarda 3-5% artım ola bilər ki, bu da yüksək artım hesab edilmir".
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












