Hansı xəstəliklərdə avtomobil idarə etmək olmaz? - SİYAHI

Sükan arxasında təhlükəsizliyi təmin etmək üçün bir sıra xəstəliklər sürücülük üçün ciddi maneə hesab olunur. Dünyanın əksər ölkələrində oxşar tibbi məhdudiyyətlər tətbiq edilir. Avtosfer.az “Baku.ws”ə istinadən xəbər verir ki, adətən aşağıdakı hallarda avtomobil idarə etmək qadağan edilir və ya məhdudlaşdırılır:
- ağır psixi pozuntular və davranış xəstəlikləri;
- epilepsiya və qəfil tutma yaradan xəstəliklər;
- hər iki gözün korluğu və ya ciddi görmə itkisi;
- ağır eşitmə və vestibulyar aparat pozuntuları;
- hərəkəti məhdudlaşdıran ağır sinir və ya əzələ xəstəlikləri;
- ətrafların amputasiyası və ya ciddi deformasiyası.
Bəzi hallarda isə sürücülük yalnız müəyyən şərtlərlə icazə verilir. Məsələn, görmə zəifliyi olan şəxslər eynək və ya linza ilə, fiziki məhdudiyyəti olanlar isə xüsusi avadanlıqlı avtomobillə nəqliyyat vasitəsini idarə edə bilərlər. Bu qaydaların əsas məqsədi yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO
Mitsubishi Pajero ailəsi yeni modellərlə genişlənəcək
Yay mövsümündə avtomobil sürdükdən sonra radiatoru təmizləmək vacibdir?










