Hər kəsin arzuladığı "italyan gözəlləri" – FOTOLAR

Avtoxəbər 13 Sentyabr 2016 17:17 Oxunub 7806
Hər kəsin arzuladığı "italyan gözəlləri" – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə gözəlləri necə sevməyəsən?

Hər hansı italyana yaxınlaşıb “ən yaxşı bacardığınız iş nədir” deyə soruşsanız cavabı çox gözləməyəcəksiz: “Avtomobil istehsal etmək”. Əlbəttə, bu mövzuda mübahisə etmək də olar. Və yaxud italyanların yaxşı bacardıqları işlərin siyahısını daha da genişləndirmək olar: şərab, paltar, dondurma, pitsa, eynək...

 

İtaliya avtomobillərindən danışanda qarşısında mütləq gücləndirici “ən” sözönündən istifadə etmək lazımdır: ən gözəl, ən bahalı, ən məşhur, ən çox arzulanan.

 

Publika.az sizə ən çox arzulanan “italyan gözəlləri”nin “Top-10”-unu təqdim edir.

 

1. Əsl italyan markası - Fiat 500

Məhz balaca gözəlçənin adı İtaliya ilə assosiasiya edilir. Bir vaxtlar Benito Mussolini “Fiat”ın yaradıcısı Covanni Anyelonu yanına dəvət edərək ona belə demişdi: “Ey, dost, bizə xalq maşını lazımdır. Bəlkə bununla məşğul olasan?”

 

Covanni məşğul oldu. Özü də necə? Xalq arasında “siçan” deyilən Topolino xarici görünüşünə görə heç bir avtomobil həvəskarının ürəyinə yol tapmadı. Ancaq 1937-ci ildə buraxılan Fiat 500 Nuovo modeli Avropanın ən populyar maşınlarından oldu.

 

2. Ən güclü - Mazzanti Millecavalli

Nə vaxtsa Ferrari 963 at gücüylə şübhəsiz ən güclü adına sahib olub. Ancaq Pontederi təmsil edən “Mazzanti” gücünü 1000-ə (!) çatdıraraq, onun hegemonluğuna son qoydu. Bu “gözəlçə” 2,7 saniyəyə 100 km/saat sürət yığır və bu həddi 360 km/saata qədər qaldıra bilir. “Millecavalli” cəmi 25 nüsxə buraxılıb. Odur ki, vaxtında növbə saxlamaq lazımdır. O, sadəcə gözəldir!

 

3. Ən bahalı seriya - Lamborghini Veneno Roadster

Lamborghini Diablo, Lamborghini Murcelago, Lamborghini Avendator... Ritmli musiqi kimi səslənir sanki. Gücü, sürəti, möhtəşəmliyi və qiyməti ilə avtomobil həvəskarlarının ağlını başından alan “gözəlçə”. Bütün bunlara rəğmən, şirkət köhnə şöhrətin kölgəsində gizlənməyərək yeni superavtomobil istehsal etdi. Bu “gözəlçə” dərhal dünyanın ən bahalı avtomobilləri sırasında yerini tutdu. 4,5 milyon dollar qiyməti olan “Lamborghini Veneno” da sələfləri kimi ecazkar görünüşə malikdir. 750 at gücünə malik son model 2,8 saniyəyə 100 km/saat sürət yığır. Maksimal sürət həddi isə 355 kim/saatdır.

 

4. Dünyanın ən bahalı maşını - Ferrari 250 GTOА

1962 təvəllüdlü Ferrari 250 GTO 52 milyon dollara satılıb. O, təkcə hamının arzuladığı cazibədar maşın deyil. O, həm də 1963-cü ildə keçirilən Tur de Frans-ın qəhrəmanı, qalibidir.

 

5. Ən cəsarətli - Lancia Delta Integrale

Bu adı dəfələrlə təkrarlamaq olar. Elə bilin ki, uşağınıza laylay deyirsiz. Bu sadəcə maşın deyil, bir əfsanədir. Görünüşü və qiyməti ilə diqqət çəkməsə də, Ralli meydanlarında o, çox cəsarətlidir. Xalq dili ilə desək, adamı pis vəziyyətdə qoymaz. 6 il dünya çempionatlarında “Lancia”nın qarşısına çıxan rəqib olmayıb. Bu rekord hələ də qırılmayıb. 215 at gücü olan və 5,5 saniyəyə 100 km/saat sürət yığan “Lancia Delta Integrale” sözün həqiqi mənasında bütün rəqiblərini tozda qoyurdu. Elə bu üzdən o yaddaşlarda yarış maşını kimi qalıb.

 

6. Ən ekzotik - Pagani Huayra

“Huayra”nın tərcüməsi külək deməkdir. Adı kimi dadı var deyə bilərik. Dünyanın ən bahalı maşın seriyaları arasında yerini asanlıqla tutan “Külək” müasir görünüşü, yüksək texnologiyası və babat qiyməti ilə adamı həyəcanlandırır. 1 düymə ilə funksiyanı tam dəyişmək olur. Ön amartizatorlar sürətdən asılı olaraq hündürlüyü müəyyən edir. Ona təsadüfən “Külək” adı verilməyib. “Pagani” həqiqətən də külək kimi sürətli və güclüdür. 700 at gücü var. Maksimal sürət həddi 370 km/saatdır. Ən əsası, qapıları quş qanadları kimi açılır. Elə bil şirin yuxudur...

 

7. Ən gözəl - Ferrari 488 GTB

Zövqlər müxtəlif olur, karandaşın rəngləri kimi... Ancaq kim nə deyir-desin, Ferrari 488 GTB ən gözəl və ehtiraslı avtomobildir. Bir kəlməylə incəsənət əsəridir. Bu “gözəl”in qiyməti də özünə görədir.

 

8. Ən üstüaçıq - Maserati GranCabrio Convertible MC

Bu maşın bütün qızların romantik yuxularının əsas qəhrəmanı adına namizəddir. Bu cür kabrioletdə italyan gözəlçələriylə gəzməkdən mənalı nə ola bilər ki? 280 km/saat sürət, 450 at gücünə malik “Maserati GranCabrio” qala-gecənin ən diqqətçəkən xanımına bənzəyir. Bu gözəli digərlərindən fərqləndirən əsas xüsusiyyəti daxili gözəlliyinin də göz qabağında olmasıdır. Bundan başqa, “Maserati” rahatlığına və genişliyinə görə də ad çıxarıb. Odu ki, dostlarınıza da yer tapmaq olar.

 

9. Ən dəbli Alfa Romeo Giulia Quadrifoglio

“Alfa Romeo”nun şah əsəri adlandırmaq olar. Baxmayaraq ki, onun “bacılığı” “Giulietta” İtaliyada ən məşhur avtomobil sayılır, “Culiya” dəbdə onu qabaqlayır. “Alfa Romeo Giulia”nın mühərrikini “Ferrari” və “Maserati” mütəxəssisləri kökləyiblər. “Bacılığ”ından fərqli olaraq, “Culiya” idman üslubludur və 321 km/saata qədər sürət yığa bilir və 520 at gücünə malikdir.

 

10. Ən idman üslublu - Ferrari SF16-H

Bu nə avtomobildir, nə supermaşındır, nə də idman maşınıdır. Bu Formula-1-in kral bolididir. Bu avtomobil sözünün baş hərfidir – “A”. Düzdür, onunla avtobanda şütüyə və ya qızlarla gəzintiyə çıxa bilməzsən. Ancaq ondakı görünüşü, ondakı gücü, ondan çıxan səsi də başqa heç bir maşında görə bilməzsən. Bircə bunu təsəvvür etməyə çalışın – 100 km/saat sürəti 1,9 saniyəyə yığır. Maksimal sürəti 350 km/saatdır. Belə maşını əldə etmək üçün 15 milyon dollar lazımdır. Bu həmin ecazkar “gözəlçə”dir ki, Formula-1-in əfsanəvi pilotu Mihael Şumaher onun sükanı arxasında bütün mümkün olan və olmayan rekordlara imza atıb.

 

Belə gözəlləri necə sevməyəsən?

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Şükür 14 Sentyabr 2016 14:07
Salam,Ərşad bəy!Sola dönmə yolun hərəkət hissəsinin sol kənar zolağından olması bəllidir. Yolun hərəkət hissəsində üç zolaq olduğu halda, avtomobil ikinci zolaqla sola dönməyə hazırlaşır.Yerdə işarə pozulub, işiqforun sola işarəsi yandiqa avtomobil sola hərəkətinə başlayır.Bu zaman tora düşən ilk sürücü yol polisi tərəfindən saxlanılır və cərimələnir. Arxadan gələnlər keçib gedirlər.Oxşar hallar həmin yerdə tez-tez baş verir.Xahiş edirəm bu məsələnin qanunla necə tənzimləndiyinə aydınlıq gətirərdiniz.Təşəkkür edirəm.