"Hərbçi övladımızla fəxr edirik" - FOTO - VİDEO

44 günlük müharibədə göstərdiyi xidmətə görə fərqlənən Əmrah Saralovla ailəsi qürur hissi yaşayır.
Erməni təxribatının qarşısının alınmasında şücaəti olan hərbçilərimizdən biri də Saatlının Fətəlikənd kənd sakini Əmrah Saralovdur. O, düşmənlə gedən döyüşlərdə göstərdiyi xidmətlərə görə fərqlənib. Avtosfer.az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri qəhrəman rabitəçi kimi ad qazanan əsgərimizin ailəsi ilə görüşüb.
Saatlının Fətəlikənd kəndində məskunlaşan Saralovlar ailəsi əslən Axısqa türklərindəndir. Düşmən təxribatının qarşısını almaq məqsədilə başlayan Vətən müharibəsində iştirak etmək üçün qismən səfərbərlik elan olunduqda Əmrah da cəbhəyə yollanıb. Hərbi xidməti zamanı rabitəçi olan əsgərimiz bütün bilik və bacarıqlarını ortaya qoyaraq düşmən qüvvələrini məhv etmək üçün əlindən gələni əsirgəməyib. Əmrahın ayıq-sayıqlığı, vaxtında və dəqiq məruzə etdiyi hərbi komanda sayəsində mənfur düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. İndi Əmrahın valideynləri öz övladı ilə fəxr etdiyini söyləyir.
Əmrahın atası Rəhim Saralov deyir: "Bu xəbəri qonşum zəng edərək söylədi mənə: Oğlunuzu televizorda göstərirlər. Dərhal televizoru açdım, övladımı görəndə qürurumdan yerə-görə sığmadım. Fəxr etdim ki, mənim övladım Vətənə, dövlətə, millətə xeyirli bir övlad olaraq yetişib və Vətənin keşiyində dayanıb".
Əmrahın anası Əzizə Saralova övladı ilə bağlı hisslərini belə ifadə edib: "Övladımı yola salanda ilk nəsihətim o oldu ki, vətənə layiqli xidmət et. Əmrah cəbhədən gələn xəbərləri ilə bizləri sevindirdi. Bir əsgər anası olaraq qürur duyuram ki, belə vətənpərvər övlad yetişdirmişik".
İki avtomobil modelinin istehsalı dayandırıldı
Çin maşını sürənlərin üzləşdiyi əsas PROBLEMLƏR
Azərbaycanda fərdi alkotesterlərdən istifadə qanunidir? - AÇIQLAMA
Rusiyada təzad: Premium avtomobillər daha çox alınır
Bu avtomobillər idxalı rüsumlardan azad edilir - ŞAD XƏBƏR
Xaricdən avtomobil gətirmək istəyənlərin diqqətinə! – Rekord ARTIM
Cəmi bir neçə dəqiqədə oğurlanan və rahat satılan detal – Hansı avtomobillər hədəfdədir?
Ani tormoz verən maşını arxadan vursalar günah kimdədir? - HÜQUQİ İZAH
Sükan arxasında telefonla danışan sürücülərə 50 MANAT CƏRİMƏ - Kameralar bunu çəkə bilər?
Qış təkəri məcburidirmi? - Ekspertdən sürücülər üçün VACİB AÇIQLAMA
Türkdilli ölkə antik avtomobillərlə bağlı Almaniya sisteminə keçir - FOTO











