Hökumət benzinin bahalaşmaması üçün bu addımı atdı - Azərbaycanda

Azərbaycana idxal edilən benzinə görə aksiz vergisi və gömrük rüsumunun minimuma endirilməsinin səbəbləri məlum olub. Neft Araşdırmaları Mərkəzinin sədri, iqtisadçı-ekspert İlham Şaban “APA-Economics”ə bildirib ki, bu sərəncam müvəqqəti xarakter daşıyır: “ Bu onunla əlaqədardır ki, hazırda Azərbaycana idxal olunan yüksək oktanlı benzinə idxal vergisi yoxdur. 2014-cü ilin aprelin 1-dən idxal vergisi götürülüb. İndi isə 95-dən aşağı oktan dərəcəsi olan benzinə, həmçinin 92 oktanlı benzinə də tətbiq ediləcək. Əgər buna limit qoyulursa, ehtimal var ki, Heydər Əliyev adına Neft Emalı Zavodu təqribən 1 ay müddətinə müvəqqəti olaraq təmirə dayandırılır. Demək, bu adi təmir deyil. Bu o deməkdir ki, modernizasiya işləri ərəfəsində yerli istehsal hesabına 92 oktanlı yanacağa olan daxili tələbatı ödəmək mümkün olmayacaq. Cari təmirdən əvvəl daxili tələbatı ödəmək üçün ehtiyat yığılmalıdır. Buna görə də neft emalı zavodlarında ildə bir dəfə cari təmir zamanı belə təcrübədən istifadə edilir”.
Ekspertin sözlərinə görə, yerli istehsal dayandığından xaricdən idxal hesabına ölkənin daxili tələbatını ödəmək və yanacağın qiymətinin dəyişməməsi üçün Nazirlər Kabineti belə müvəqqəti addım atır. İ.Şaban qeyd edib ki, bu qərar oktyabrın 15-də artıq qüvvədən düşmüş olacaq.
Xatırladaq ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişiklik edib. Dəyişikliyə əsasən, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında etdiyi dəyişikliyə əsasən 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib. Bu qərar avqustun 16-dan etibarən qüvvəyə minib və 60 gün müddətində qüvvədədir.
Elektromobillər daha az sürülür
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır
Azərbaycana avtomobil idxalı azalıb: Qiymətlər bahalaşacaq?
Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları kəskin bahalaşdı - VİDEO
Sürücülərin bal limiti artırılır, bəzi cərimə balları ləğv edilir - ŞAD XƏBƏR - VİDEO
Ağac altında park edilən avtomobillər üçün daha bir təhlükə - FOTO
Müasir benzinin köhnə avtomobillər üçün təhlükəsi
Ölkədə tək olan "Mercedes" FANTASTİK QİYMƏTƏ satışa çıxarıldı - FOTO
Avtomobil bazarında durğunluq: İdxal rəqəmləri narahatedici siqnal verir - VİDEO
Ən çox istifadə olunan avtomobil markaları: 2026-cı il üzrə SİYAHI
"Mercedes-Benz" bu ölkənin bazarından çıxa bilər










