Hökumət sürücülərin 1.5 milyonluq ziyanını bağladı - Qərar

Qazaxıstanın Almatı şəhərində hökumət ölkədaxili marşrutlara xidmət edən nəqliyyat şirkətlərinə ilin əvvəlindən 1 milyon 482 min təngə ödəyərək ziyanlarını bağlayıb. “Qafqazinfo” “Kapital.kz”ə istinadən xəbər verir ki, bu, 2016-cı ilin şəhər büdcəsində imtiyazlı vətəndaşlar kateqoriyası üçün nəqliyyat operatorları tərəfindən ilk dəfə nəzərdə tutulub. Ümumiyyətlə, bu xərclər il üçün 2 dəfə artırılaraq 2 milyon 495 min təngəyə çatıb. Bu barədə sərnişin nəqliyyatı və avtomobil yollarının rəhbəri Maqsud İsahov bildirib. “Əvvəllər biz şagird, tələbə, təqaüdçü və veteranlar üçün kompensasiya ödəyə bilmirdik. Nə üçün? Çünki biz o zamanlar hansı avtobusda konkret nə qədər insanın daşındığını bilmirdik. Onlar həmişə sayı çox, biz isə az götürürdük, çünki bəzi yaşlı insanlar və əlillər getməyə bilərlər. Bu, daimi mübahisə olub. Lakin elektron bilet sistemi ilə biz hansı avtobusda nə qədər insanın getdiyini dəqqi deyə bilərik. Mart ayından faəliyyət göstərən “Onay” sistemi ilə daşıyıcılara təzminat ödəməyə başladıq. Belə ki, sən bir sərnişini 40 təngəyə aparmısansa, biz sənə 40 təngə əlavə ödəyirik”, - M. İsahov söyləyib.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












