İcbari avtosığorta şəhadətnaməsinin forması və məzmununa dair tələblər dəyişib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 28 dekabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”də dəyişiklik edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, şəhadətnamədə əks olunan standart məlumatlarla yanaşı, qeyd edilən məlumatlarda bir sıra dəyişikliklər edilib.
Bundan başqa, Şəhadətnamədə nəqliyyat vasitəsinin qeydiyyatdan keçdiyi ölkə, eləcə də yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinə münasibətdə icazə verilən maksimum kütlə və avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinə münasibətdə sərnişin yerlərinin sayı da əks olunacaq.
Həmçinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”na uyğun olaraq sığorta haqqının hesablanması üçün sığorta müqaviləsinin müddəti, standart sığorta müqaviləsi bağlanarkən əlavə olaraq baza sığorta haqqı məbləği, Bonus-Malus əmsalı, avtonəqliyyat vasitəsinin növünə görə əmsal, sığortalının sürücülük təcrübəsi və yaşına görə əmsal, avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə əmsal, avtonəqliyyat vasitəsinin istismar müddətinə görə əmsal, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsal, bənddə avtonəqliyyat vasitəsi sahibinin və (və ya) mülkiyyətçisinin hüquqi şəxs olmasına görə əmsal nəzərə alınacaq.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb (Report).
Maşınınıza ehtiyat hissələri alarkən diqqətli olun: Köhnə və xarab detallar satılır
Çin istehsalı olan avtomobillərin hərbi obyektlərə girişi qadağan edilir
Avtomobil qışda neçə gün hərəkətsiz qala bilər? - AÇIQLAMA
“BMW” və “Porsche”lər öz-özünə sönməyə başlayıb – Səbəb nədir?
Bakıda “kitayski” maşınlar niyə bahalaşdı?
Soyuq havalarda avtomobil necə işə salınır?
Elektrikli avtomobil sahiblərinə vacib xəbər – Qaydalar və cərimələr açıqlandı
Qarlı hava qəzaları artırır – USTADAN XƏBƏRDARLIQ
Avtomobili qışa necə hazırlamalı? - Mütəxəssis tövsiyəsi
Çində ilin avtomobili alman maşını oldu
Çində dizel mühərrikli yük avtomobillərinin sayı azalır











