İcbari Sığorta Bürosu sürücüləri bu yolla tələyə salır – Ekspertdən AÇIQLAMA
Avtoxəbər 6 Aprel 2021 13:31 Oxunub 2426
İcbari Sığorta Bürosu sürücüləri bu yolla tələyə salır – Ekspertdən AÇIQLAMA

"Sığorta müqaviləsi bu gün başa çatdı, sabah cərimə olunacaq. Burada heç bir güzəşt və limit yoxdur”. Bunu qaynarinfo-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı nəqliyyat vasitələrinin icbari sığorta müddətini şərh edərkən deyir. Ekspert bildirib ki, nəqliyyat vasitələrinin icbari sığortası cərimədən sonra 20 gün vaxt verir: "İcbari Sığorta Bürosu neçə illərdir ki, sürücüləri tələyə salıb. İcbari sığorta müqaviləsinin müddətinin bitib-bitmədiyini öyrənmək üçün avtomobilinizin dövlət nömrəli nişanını 9707 SMS xidmətinə göndərirsiniz. Cavab gəlir ki, "Sizin icbari sığorta müqaviləniz qüvvədədir”. Nə vaxt kimi qüvvədədir? Bunu yazmırlar. Əsas tələ də budur. Dövlət bu boyda pul ayırıb, onlar da sürücüləri aldatmaqla məşğuldur. Bu, konkret tələdir. Təsəvür edin ki, bu gün aprelin 5-də saat 23:59-da mesaj gəlir ki, "sizin icbari sığorta müqaviləniz qüvvədədir”, amma saat 00:00-dan sonra müqavilə qüvvədən düşür. Bu qədər əziyyət çəkib xidməti qurublarsa, SMS-in mətnində "filan tarixə qədər qüvvədədir” yazmaq nə böyük problemdir? Bunu qəsdən edirlər ki, sürücülər cəriməyə düşsün”.

Elməddin Muradlı vurğulayıb ki, Azərbaycanda sığorta mövzusu biabırçılıqdır: "Sadəcə, bu məsələyə doğru-düzgün əncam çəkən olmadı. Maliyyə Nazirliyi də hələlik bu məsələyə ciddi yanaşmır. Məsələ tez bir zamanda həllini tapmalıdır. Sürücüyə sığortaya görə cərimə gəlir, 20 gün ərzində ödəməsəniz və bununla bağlı heç bir məlumatınız yoxdursa, növbəti dəfə 50 manat cərimə gəlir. Sürücülərin məlumatlandırılmasını təmin etmək lazımdır. Elə sürücü var ki, vaxtında xəbər tutmur deyə 4-5 dəfə cərimə olunur. Vaxtında məlumat verilsə o da gedib sığortanı yeniləyər və cərimə təkrarlanmaz”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh