Banner

“İçərişəhər” stansiyasında yeraltı avtodayanacaqla bağlı YENİ XƏBƏR: icazələrin alınması prosesi...

Avtoxəbər 28 Noyabr 2025 17:23 Oxunub 976
“İçərişəhər” stansiyasında yeraltı avtodayanacaqla bağlı YENİ XƏBƏR: icazələrin alınması prosesi...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir müddət öncə Bakı metrosunun "İçərişəhər" stansiyasında yeraltı avtomobil dayanacağının tikiləcəyi açıqlanmışdı. 

Avtosfer.az xəbər verir ki, yayılan məlumatda artıq dayanacağın layihələndirilməsinə başlanıldığı bildirilirdi. 

Layihələndirmə Türkiyənin "Yüksel proje" şirkəti tərəfindən icra ediləcək. Belə ki, iyulda şirkətlə "Bakı Metropoliteni" arasında 35,4 milyon manat dəyərində müqavilə imzalanıb.

Müqavilə çərçivəsində Yaşıl xətt üzrə Y14-Y17 və Bənövşəyi xətt üzrə B5-B8 stansiyaları və bu stansiyalar arasında tunellərin, "28 May" stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının, "İçərişəhər" stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.

Layihənin mövcud gedişatı ilə bağlı "Bakı Metropoliteni"ndən cavab olaraq bildirilib ki, "İçərişəhər" stansiyasındakı keçid kamerası və ona daxil olan infrastrukturun inşası üzrə layihə-smeta sənədləri hazırlanıb. 

"Sənədlər aidiyyəti üzrə qurumlarla razılaşdırma mərhələsindədir. Hazırda inşaat işlərinin başlanmasına icazələrin alınması prosesi davam edir. Bununla bağlı ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək", - qurumun açıqlamasında qeyd olunub.(Bakıvaxtı.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh