İki nəhəng avtomobil istehsalçısı BİRLƏŞİR - Səbəbkar Çindir

Yaponiyanın tanınmış avtomobil istehsalçılarından olan “Honda” və “Nissan” birləşmək haqqında razılığa gəliblər.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, iki şirkət Tokioda birləşmə ilə bağlı keçirilən danışıqların nəticəsi olaraq müqavilə bağlayıblar. Bildirilib ki, birləşmə 2026-cı ilin avqustunda başa çatacaq.
Bu birləşmədən sonra yaranacaq şirkət ildə 7,4 milyon ədəd avtomobil satacaq və bu göstəriciyə görə, “Toyota” və “Wolkswagen”dən sonra dünyanın üçüncü ən böyük avtomobil qrupunu yaradacaq.
Hər iki yapon şirkəti qlobal avtomobil sənayesinin daxili yanma mühərrikli avtomobillərdən akkumulyatorla işləyən elektrik avtomobillərinə və hibrid avtomobillərə sürətli keçidindən müəyyən dərəcədə zərər görüb.
Xüsusən ABŞ və Çində satışların azalması şirkətlərin gəlirinə mənfi təsir edib. Çinin avtomobil satışlarının artması “Honda” və “Nissan”ın bazar payının kiçilməsinə səbəb olub. Çin şirkətlərinin aqressiv rəqabət aparması, aşağı qiymətə daha çox avtomobil satışlarını həyata keçirməsi yapon şirkətlərinin gəlirini azaldıb.
Ağır rəqabət mühitində ayaqda qala bilmək üçün yapon şirkətləri birləşməyə məcbur qalıblar.
(sfera.az)
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...










