İki ölkənin sərhədində 22 km tıxac yarandı, heç kimi zolağı pozmadı

Bu gün saat 12-14 arasında İsveçrə ilə İtaliya arasındakı Qotard tunelinin girişində tıxacın uzunluğu 22 kilometrə çatıb. Avtosfer.az-ın xəbərinə görə, bu tuneldə tıxac rekordu 1999-cu ildə qeydə alınıb. Həmin ilin may ayında tıxacın uzunluğu 29 km-ə çatırdı. Axşam saatlarında tıxacın uzunluğu nisbətən azalıb.
İtaliyanın gömrük nəzarəti məntəqəsi qarşısında isə tıxacın uzunluğu 4 km-ə düşüb.
Nəqliyyat sıxlığına səbəb isveçrəlilərin kütləvi şəkildə həftə sonu İtaliyaya getməsidir. İtaliyadan İsveçrəyə hərəkətdə isə seyrəklik müşahidə olunur.
Burada maraqlı bir məqam da var: sürücülər hamısı eyni xətt üzrə hərəkət edir. Sağ tərəfdəki ehtiyat yol boş olsa da, heç kim ora çıxmır.
PS. İsveçrədə xüsusi ayrılmış yola çıxmağa görə cəza da böyükdür – 110 frank, təxminən 200 AZN.
Vüqar
Bu yola radar quraşdırıldı; birazdan işə düşəcək - Sürücülərin diqqətinə!
Siqnalla təbrik: Afrikaya bənzəməyə çalışırıq? - FOTO
Tormoz mayesi və baş silindr tarixə qovuşur? - FOTO
Azərbaycanda avtomobillər bahalaşa bilər - VİDEO
Çin avtomobili almaq istəyənlərin nəzərinə! - Qiymətlər bu qədər artacaq
Azərbaycan avtomobil idxalında tarixi zirvəyə çatdı - STATİSTİKA - FOTO
"VAZ" avtomobilləri üçün yeni disklər - FOTO
"BYD" milyardlıq vədlərini yerinə yetirmir
Xaricdən avtomobil gətirənlərin sayı niyə kəskin azalıb? - VİDEO
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium











