İkinci əl avtomobil satışı ilə bağlı maraqlı təklif irəli sürüldü

Rusiyada ikinci əl avtomobillərlə bağlı maraqlı təklif irəli sürülüb.
Avtosfer.az xəbər verir ki, Sənay və Ticarət Nazirliyi ikinci əl avtomobillərin satışdan əvvəl dilerdə və ya ixtisaslaşmış müəssisədə texniki baxışdan keçməsini tələb edir. Nazirliyin məqsədi hüquqi və texniki problemləri olan maşınların dövriyyəsini azaltmaqdır.
Ölkədə hər il satılan yüz minlərlə ikinci əl avtomobillə bağlı narazılıqlar bitib-tükənmir. Nazirlik bu yolla həm nasaz, həm də sənədləri yerində olmayan maşınları yollardan yığışdırmaq istəyir.
Təklif əsasən müsbət qarşılansa da, bunun əleyhidarları da az deyil. Bəzi ekspertlər real səbəblərdən bu sistemin Rusiyada işləməyəcəyi qənaətindədirlər.
Əvvəla, bu qayda ikinci əl avtomobillərdə bahalaşmaya səbəb olacaq. Digər tərəfdən, ölkənin ucaqrlarında minlərlə nasaz və sənədsiz avtomobil dolaşır. Avtomobil sahibləri maşını etibarnamə ilə “satır” ki, bu zaman sənədləşmə üçün ümumiyyətlə polisə getməyə ehtiyac yoxdur. Hətta şifahi müqavilə ilə maşın satanlar da var. Lakin, əsas məsələ başqadır.
Əslində təklif pis deyil. Bu sistem Almaniyada illərdir tətbiq edilir və özünü doğruldur. Çünki orada texniki müayinə mərkəzlərinin reputasiyası təmizdir, rüşvətə bulaşmayıb. Eyni şeyi Rusiya barədə söyləmək mümkündürmü?
Vüqar Yaşaroğlu
Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ
Avtomobiliniz hər an yana bilər: Maşınınızı həvəsinizə qurban verməyin
İlk iş günü Nizamidə yaranan tıxacın görüntüsü yayıldı - VİDEO
30 ailə yığışıb 1 avtomobil aldı – ETİBARNAMƏSİZ - FOTO
“Zeekr” özbəkləri belə ziyana salır
Yaxın Şərqdəki gərginlik avtomobil idxalını vurur: Bahalaşma qaçılmazdır? - VİDEO
Elektromobil polisin işinə yaramadı
12 000 manata təzə elektromobil
“Opel” və “Fiat” Çin platformasında istehsal edilə bilər
Özbəkistanda avtomobil istehsalında ciddi artım
Avtomobil istehsalçıları alüminium ehtiyatı toplayır










