"İlin avtomobili-2022" müsabiqəsinin finalçıları müəyyənləşib

"İlin avtomobili" ("Car of the Year") müsabiqəsinin təşkilatçıları 2022-ci ildə Avropanın ən yaxşı avtomobili adı uğrunda mübarizə aparacaq modellərin adını açıqlayıb.
Avtosfer.az-ın verdiyi məlumata görə, Avropanın 23 ölkəsindən 60 jurnalistin daxil olduğu müsabiqənin münsiflər heyəti finala keçmək üçün 39 iddiaçı seçib və noyabrın 29-da onlardan 7 finala keçəcək. Yekun səsvermənin nəticələri 16 fevral 2022-ci il tarixində elan ediləcək.
"İlin Avtomobili-2022" mükafatına namizədlər arasında "Aiways U5", "Audi E-tron GT" / "RS E-tron GT", "Audi Q4 E-tron" / "Q4 E-tron Sportback", "BMW 2 Series Coupe", "BMW 2 Series Active Tourer", "BMW 4 Gran Coupe", "BMW i4", "BMW iX", "Cupra Born", "Dacia Spring", "DS 4", "DS 9", "Ford Mustang Mach-E", "Honda HR-V", "Hyundai Bayon", "Hyundai Ioniq 5", "Kia EV6", "Lexus NX", "Lynk & Co 01", "Maserati MC20", "McLaren Artura", "Mercedes-Benz C-Class", "Mercedes-Benz Citan" / "Renault Kangoo", "Mercedes-Benz EQS", "MG EHS", "MG Marvel R", "Nissan Qashqai", "Opel Mokka", "Peugeot 308", "Renault Arkana", "Renault Megane E-Tech", "Skoda Enyaq iV", "Skoda Fabia", "Subaru Outback", "Tesla Model Y", "Toyota Highlander", "Toyota Yaris Cross", "Volkswagen Caddy", "Volkswagen ID.4" və "Volkswagen T7 Multivan" yer alıb.
Müsabiqədə iştirak etmək üçün avtomobillər ən azı beş Avropa ölkəsində satılmalı və test-drayv edə bilmək üçün satın alına bilməlidir. Xatırladaq ki, 2021-ci ildə "İlin avtomobili" tituluna "Toyota Yaris" modeli layiq görülüb.
APA
Bu yola radar quraşdırıldı; birazdan işə düşəcək - Sürücülərin diqqətinə!
Siqnalla təbrik: Afrikaya bənzəməyə çalışırıq? - FOTO
Tormoz mayesi və baş silindr tarixə qovuşur? - FOTO
Azərbaycanda avtomobillər bahalaşa bilər - VİDEO
Çin avtomobili almaq istəyənlərin nəzərinə! - Qiymətlər bu qədər artacaq
Azərbaycan avtomobil idxalında tarixi zirvəyə çatdı - STATİSTİKA - FOTO
"VAZ" avtomobilləri üçün yeni disklər - FOTO
"BYD" milyardlıq vədlərini yerinə yetirmir
Xaricdən avtomobil gətirənlərin sayı niyə kəskin azalıb? - VİDEO
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium










