İlk uçan avtomobili üçün öncədən sifarişlərin qəbuluna başlanıldı

İstanbulda fəaliyyət göstərən “AirCar Texnologiya və Aviasiya” şirkəti tərəfindən hazırlanmış, Türkiyənin yerli istehsalı olan uçan avtomobil “AirCar” sifarişləri öncədən qəbul etməyə başlayıb. Nəqliyyat vasitəsinin 2027-ci ildə ilk 100 ədədinin təhvil verilməsi gözlənilir.
Avtosfer.az xəbər verir ki, 2020-ci ildən etibarən hazırlanmasına başlanılan “AirCar” may ayında ilk insanlı uçuş sınağını uğurla həyata keçirib.
İki sərnişin üçün nəzərdə tutulan uçan avtomobil 15 dəqiqədə sürətli şarj ola bilir. 80 kilometr uçuş məsafəsi, maksimum 130 kilometr-saat sürətə malik “AirCar” tam elektrik mühərriklidir və 250 kiloqram yükdaşıma qabiliyyətinə malikdir.
İstehsal payının 85 faiz Türkiyəyə məxsus bu nəqliyyat vasitəsində nasazlıq zamanı avtomatik açılan ballistik paraşüt, mümkün qəzaların qarşısının alınması sistemi və 400V şarj cihazı yer alır. Ağ, qırmızı, boz, mavi və qara rəng seçimləri ilə təqdim olunan uçan avtomobil üçün 2 il və ya 500 uçuş saatı zəmanət təklif olunur. 2027-ci ildə təhvil veriləcək ilkin məhsullar üçün 250 dollar ödəniş ilə rezervasiya etmək mümkündür.
Qeyd edək ki, 10 min fut (təxminən 3 min metr) hündürlüyə qalxa biləcək və yüngül idman təyyarəsi (LSA) kateqoriyasında sertifikatlaşdırılacaq “AirCar”ı idarə etmək üçün LSA pilot lisenziyası tələb olunacaq. İlk 1000 sifariş üçün şirkət bu lisenziya üzrə pulsuz təlim də təklif edir.
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var
2025-ci ilin ən böyük avtomobil istehsalçıları: "Toyota" liderdir
Çinin avtomobil sənayesi qlobal iqtisadiyyata təzyiq edir
Avtomobilin uzun müddət hərəkətsiz qalmasından yaranan problemlər
Çin avtomobilləri öz sahiblərini "girov götürür" - VİDEO
Köhnə avtomobillərə yaş limiti tətbiq olunacaq? - EKSPERT CAVABLANDIRDI
Bakıda "Gelandewagen"i qarajda təkərsiz qoydular - Dördü də oğurlandı











