İllərlə sürülməyən maşın texniki baxışa necə aparılmalıdır? - QANUNDA BOŞLUQ
Avtoxəbər
26 Avqust 2021 12:07

“Yol hərəkəti haqqında” qanunda texniki baxış boşluğu var
Azərbaycanın müxtəlif sahələr üzrə qanunvericilikdə zaman-zaman boşluqlarla üzləşirik. Əlbəttə, dövrün tələbinə uyğun olaraq yeni qanun layihələri hazırlanarkən əlavə dəyişikliklər nəticəsində belə boşluqlar aradan qaldırılır. Sadəcə bir müddət əhali bəzi məqamlarda əziyyət çəkməli olur. "Rupor" analoji hallardan birinin də "Yol hərəkəti haqqında" qanunda yaşandığının fərqinə varıb. Əgər təmirdə olan avtomoblin texniki baxışdan keçmək müddəti hətta əlavə 20 gün vaxt verilməsi ilə birgə bitirsə, avtomobil sürülə bilmədiyinə görə texniki baxışdan keçə bilmirsə, niyə təmirdən sonra texniki baxışa aparılanda yolda kamera və ya DYP əməkdaşı tərədindən cərimələnməlidir?
Əməkdaşımız bu suala ekspert Elməddin Muradlının münasibətini öyrənib. Çox maraqlı və vacib bir məqama toxunduğumuzu xatırladan ekspert bu məsələ ilə bağlı qanunvericilikdə boşluq olduğunu təsdiqləyib: "Təmirdə olan avtomobilin texniki baxışının vaxtı çatıbsa, o hansısa formada həmin idarəyə aparılmalıdır. İndiki halda qanunvericiliyin hərfi mənası ilə götürsək, sürücü maşını servisdən götürüb evakuatorla texniki baxış yerinə aparmalıdır. Çünki sürsə cərimə olunacaq.
Tutaq ki, bu maşın Gəncədədir və hazırda tələb də ondan ibarətdir ki, avtomobil qeydiyyatda olduğu ərazidə texniki baxışdan keçsin. Maşın Bakıda qeydiyyatındadır. Sürücü nə qədər pul xərcləməlidir ki, onu Gəncədən evakuatorla Bakıya gətirsin? Olmazmı avtomobillər sərbəst şəkildə bütün şəhər və rayonlarda texniki baxışdan keçsin?
Bu boşluq hansısa bir formada tənzimlənməlidir. Belə də ola bilər ki, ərazi üzrə rayon yol polisi şöbəsi sürücüyə onun avtomobilinin neçə müddətdir təmirdə olması, sürə bilməməsi ilə bağlı arayış versin. Təmiri qoyaq kənara, bəlkə vətəndaş xaricdədir, maşını da sürmür. Bu üzdən texniki baxışın müddəti illərdir bitib. Belədə sürücü niyə günahkar olsun ki? Ona bu barədə arayış verilsə məsələ həllini tapar və sürücü maşını evakuatorla yox, cərimə olunmaqdan qorxmadan sürə-sürə texniki baxışa aparar.
Məndə olan məlumata görə, “Yol hərəkəti haqqında” yeni qanun layihəsi hazırlanır. Çox güman ki, bu kimi boşluqlar həmin qanunda aradan qaldırılacaq".
Oxunub : 3094
DİGƏR XƏBƏRLƏR
13 Mart 2026 18:09
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
13 Mart 2026 17:53
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
13 Mart 2026 17:41
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
13 Mart 2026 17:06
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
13 Mart 2026 16:48
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
13 Mart 2026 14:18
Avtomobilin rəngi insan xislətini göstərirmi?
12 Mart 2026 17:48
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
12 Mart 2026 17:23
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
12 Mart 2026 17:18
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
12 Mart 2026 14:48
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
12 Mart 2026 13:23
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək
11 Mart 2026 14:18
İkinci əl maşın alanda qəza, etibarnamə və texniki yoxlama niyə vacibdir? – Mütəxəssis RƏYİ
ŞƏRH YAZ











