İlon Mask sürücüsüz avtomobillərin sınaqlarına başladı

İlon Maskın “The Boring Company” şirkəti Las-Veqasdakı yeraltı tunel şəbəkəsində “Tesla”nın avtonom idarəetmə sistemini sınaqdan keçirməyə başlayıb.
Avtosfer.az “Fortune” nəşrinə istinadla xəbər verir ki, sınaqlar elektrikli nəqliyyat vasitələrinin sürücüsüz yüksək sürətlə hərəkət etməli olduğu qapalı nəqliyyat şəbəkəsi olan “Vegas Loop”da keçirilir.
Hələlik təhlükəsizlik operatorları nəzarəti mütəmadi olaraq öz üzərinə götürməli olurlar.
Las-Veqas Konfranslar və Turizm İşləri İdarəsinin rəhbəri Stiv Hillin sözlərinə görə, sınaqlar artıq bir neçə aydır ki, davam edir. Bu mərhələdə avtomobillərdə hələ də təhlükəsizlik sürücüləri var ki, onlar nəzarəti üzərlərinə götürməli olurlar. Hələlik heç bir qəza qeydə alınmayıb, lakin, onun sözlərinə görə, sürücüsüz rejimə tam keçid hələ tezdir.
Sınaqlar Mask tərəfindən yaradılmış startap olan “The Boring Company” tərəfindən salınmış yeraltı nəqliyyat şəbəkəsi olan “Vegas Loop” sistemində keçir. Bunlar sərnişinlərin “Tesla” elektrik avtomobillərində aralıq dayanacaqlar olmadan birbaşa stansiyadan-stansiyaya hərəkət etdiyi bir zolaqlı tunellərdir. Belə tunellər avtonom sürücülük üçün ideal mühitdir: burada nə işıqforlar, nə digər avtomobillər, nə də piyadalar var.
Lakin, “Tesla”nın proqram təminatı yenə də çətinliklər yaşayır. S.Hillin sözlərinə görə, avtomobillər stansiyalardakı naviqasiyanın öhdəsindən yaxşı gəlmir, parlaq işıqlandırma və hamar daş divarlar isə sistemi çaşdırır.
Bu arada Mask sürücüsüz “Tesla”nın yaxın gələcəkdə geniş yayılacağını vəd etməyə davam edir. O, daha əvvəl demişdi ki, ilin sonuna kimi “Robotaxi” xidməti ABŞ əhalisinin yarısını əhatə edəcək.(bizim.media)
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var
2025-ci ilin ən böyük avtomobil istehsalçıları: "Toyota" liderdir
Çinin avtomobil sənayesi qlobal iqtisadiyyata təzyiq edir
Avtomobilin uzun müddət hərəkətsiz qalmasından yaranan problemlər
Çin avtomobilləri öz sahiblərini "girov götürür" - VİDEO











