İlon Mask yenidən diqqətini "Tesla"ya yönəldəcək
Avtoxəbər
25 Aprel 2025 11:30
Oxunub 1944

Maydan etibarən mənim Hökumətin Səmərəliliyi Departamentində işim azalacaq və Teslaya daha çox vaxt ayıracam.
Avtosfer.az xəbər verir ki, bunu iş adamı İlon Mask bəyan edib. Məşhur milyarder Teslanın geriləməsindən narahatdır və elektromobil sahəsinə yenidən diqqət yetirmək istəyir.
Statistikaya gəlincə, birinci rübdə Teslanın dövriyyəsi 19 milyard dollar, xalis mənfəəti 409 milyon dollar təşkil edib. Dövriyyədə ciddi azalma olmasa da, xalis mənfəət 70 faiz aşağı düşüb. Bu da bir daha Maskın Çin şirkətləri ilə rəqabətdə çətinlik çəkdiyini göstərir.
Vüqar
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














