İlon Maskın Donald Trampdan avtomobillə bağlı xahişi

Profilindən asılı olmayaraq son günlərdə bütün media qurumlarının əsas mövzusu Donald Trampın tətbiq etdiyi əlavə rüsumlardır. Bəzi ölkələr üçün rüsum tətbiqi dayandırılsa da, bu, müvəqqəti xarakter daşıyır.
Avtosfer.az xəbər verir ki, indi məşhur iş adamı İlon Mask özü verdiyi təkliflərin ləğvinə çalışır. Belə ki, o, Trampdan avtomobillərə tətbiq edilən 25 faizlik rüsumun ləğvini xahiş edib. Bəs istehsalı ABŞ-da həyata keçirilən markanın rəhbəri niyə bu addımı atır? Cavab sadədir.
ABŞ-də istehsal olunan Tesla elektromobillərinin detallarının çox hissəsi Kanada və Meksikadan gəlir. Avtomobillə yanaşı ehtiyat hissələrin də idxalından rüsum alınır. Digər tərəfdən, Teslanın Çində və Almaniyada böyük zavodları var. Bu ölkələrin qarşılıqlı olaraq gömrük tariflərini artırması Maskın maşınlarının rəqabər qabiliyyətini aşağı salır.
Nəhayət, işin siyasi tərəfi: İlon Mask rüsumları sıfırlatmaqla qlobal səviyyədə azalan nüfuzunu bərpa etmək istəyir.
Vüqar
Yollardakı radarların harada yerləşdiyindən xəbəriniz olacaq - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
Çinin hibrid maşınlarına rüsumların genişləndirilməsi müzakirə olunur
"Porsche"nin satışları 10 faiz azaldı
Keçən il utilizasiyaya verilən maşınların sayı açıqlandı - 1 milyona yaxın ödəniş edilib
Avtomobillə bağlı inanclar
Azərbaycanda sürücülük vəsiqəsi alanların sayı iki dəfədən çox azaldı - RƏSMİ
Türkdilli ölkədə sərxoş sürücülərlə bağlı sərt addım
Avtopilot rejimində sürücü sükanı buraxıb yata bilərmi? - BEYNƏLXALQ TƏCRÜBƏ
2025-ci ildə rekord sayda elektromobil satıldı
Çində avtomobil qiymətləri ucuzlaşdı
Satış mərkəzləri və qeyri-rəsmi idxalçılar AVTOMOBİLLƏRİ BAHALAŞDIRIB - Eelektromobillərə ...











