İmişli sakininin avtomobilindən narkotik maddələr tapıldı - FOTO

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə,İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz saxlamaqda şübhəli bilinən rayon sakini Ruslan Səmədzadə və bir yeniyetmə saxlanılıb. Onların üzərinə keçirilən baxış zamanı qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Dindirilmə zamanı həmin şəxslər narkotik maddəni Elvin adlı şəxsdən aldıqlarını bildiriblər.
Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin satışı ilə məşğul olan rayonun Yalavac kənd sakini Elvin Quliyev idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə saxlanılıb.
Onun üzərinə və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən "patı" və "şüşə" adlanan narkotik maddə - metamfetamin və heroin, eləcə də sellofan torbada və kibrit qutularında qablaşdırılmış qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək











