İran şahları bu avtomobillərdə gəzirdi - Dünyada bir dənədir - FOTO

İranın paytaxtı Tehranda avtomobil sərgisi açılıb.
“Qafqazinfo” xəbər verir ki, burada “Mercedes”, “Cadillac”, “Rolls Royce”, “Porsche”, “Ferrari”, “Maserati”, “Lamborghini”, “Chrysler” kimi məşhur avtomobil markalarına rast gəlmək mümkündür.
Muzeydə İran şahı Nəsrəddin Şah Qacarın Nasiri faytonu da yer alıb. Bundan başqa, ziyarətçilər muzeydə 1909-1925 illərdə ölkəni idarə edən Əhməd Şah Qacara aid “Panther-Laser” avtomobilini də görə bilərlər. Bu maşın 1922-ci ildə istehsal olunub.
Rza Şah və Məhəmməd Rza Şah Pəhləvinin xanımları Fərəh və Sürəyya ilə oğlu Rza Pəhləviyə aid olan maşınlar da muzeydəki avtomobillər sırasındadır.
Maraq üçün bildirək ki, Rza Şaha aid ABŞ istehsalı “Pierce-Arrow A” markalı avtomobilin qiyməti o dönəmdə ölkə büdcəsinin 1/8-i qədər olub. Avtomobil qızılı işləmələrlə diqqət çəkir.
Rza Pəhləviyə məxsus “MPV Tahran” avtomobili isə dünyada bir tək onda olub.
“Mercedes”, “Porsche” ve “Volkswagen” şirkətlərinin ortaq istehsalı olan maşının iki ayrı əyləc sistemi, o cümlədən gümüş və qızıldan iki açarı var.
Avtomobil gümüş açarla işə salınanda sadəcə, iki sürət qutusu fəaliyyət göstərir və maşının maksimum sürəti saatda 30 km olur. Mühərriki qızıl açarla işə salanda isə, artıq 4 sürət qutusu çalışır və avtomobili saatda 170 km-ə qədər idarə etmək mümkündür.
İran şahı Məhəmməd Rza Pəhləvinin ikinci arvadı Sürəyya İsfəndiyarinin xidmətində isə “Chrysler 300” markalı avtomobil olub. Maşın xüsusi dizaynla hazırlanıb və qızılı bəzəkləri ilə diqqət çəkir.
Muzeydə yer alan və istifadə edilən illərdə sərvət dəyərində olan avtomobillərin əksəriyyəti ölkə rəhbələrinə və ya onların yaxınlarına aiddir. Burada dünyada sadəcə 4 ədəd istehsal edilən “Rolls Royce Phantom-4” modelini də görmək mümkündür.
Muzeydə ümumilikdə 61 nəqliyyat vasitəsi var. Bunlardan 55-i avtomobil, 4-ü motosiklet, ikisi isə faytondur.








Xaricdən avtomobil gətirmək istəyənlərin diqqətinə! – Rekord ARTIM
Cəmi bir neçə dəqiqədə oğurlanan və rahat satılan detal – Hansı avtomobillər hədəfdədir?
Ani tormoz verən maşını arxadan vursalar günah kimdədir? - HÜQUQİ İZAH
Sükan arxasında telefonla danışan sürücülərə 50 MANAT CƏRİMƏ - Kameralar bunu çəkə bilər?
Qış təkəri məcburidirmi? - Ekspertdən sürücülər üçün VACİB AÇIQLAMA
Türkdilli ölkə antik avtomobillərlə bağlı Almaniya sisteminə keçir - FOTO
İki Avropa ölkəsi Çin avtomobillərində təhlükə görür
Yol qəzalarından sonra sığorta ödənişi niyə yubanır? - VİDEO
Çin qlobal avtomobil sənayesini fəth etdi, veteran AB brendləri isə…
"Lamborghini" rekord sayda avtomobil satıb - 10 mindən çox
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - 2000 manata qədər ...











