İranlı general: Qarabağ işğaldan azad edilməlidir

Ermənistan Azərbaycan torpaqlarını işğal edib və Qarabağ bu işğaldan azad edilməlidir. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanının siyasi məsələlər üzrə müavini general Yadulla Cavani deyib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qətnamələri Dağlıq Qarabağ böhranının həlli üçün möhkəm prinsip ola bilər. Çünki bu qətnamələr Dağlıq Qarabağın Azərbaycana aid olduğunu bildirir. Halbuki Ermənistan bu əraziləri işğal edib.
İranlı general Dağlıq Qarabağ münaqişəsinin təxminən 30 ildir davam etdiyini deyib:
“Tarixi sənədlər də Dağlıq Qarabağın Azərbaycana aid olduğunu əks etdirir. Bölgədə münaqişəyə və ixtilaflara son qoymaq üçün şübhəsiz ki, bu ərazi işğaldan azad edilməlidir”.
General qeyd edib ki, İran region ölkəsi olaraq Dağlıq Qarabağ münaqişəsinə laqeyd yanaşa bilməz: "Tehran iki tərəfin razılığı əsasında vasitəçi kimi rol oynaya ola bilər".
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək










