“İrəli” gənclərinin Vətən müharibəsindəki qəhrəmanlığı - FOTO

Ölkədə aparıcı gənclər təşkilatlarından biri olan “İrəli” İctimai Birliyinin sədri və üzvü Vətən müharibəsində göstərdikləri igidliyə görə şanlı qələbəmizin memarı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif olunublar.
“İrəli” təşkilatının sədri Şahin Rəhmanlı Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.
“Hər şey Vətən üçün” deyərək ön cəbhədə ərazi bütövlüyümüz uğrunda savaşan “İrəli” gənci Pərvin Arslan isə “Cəsur Döyüşçü” medalına layiq görülüb.
Vətən müharibəsində “İrəli” gəncləri həm ön, həm də arxa cəbhədə öz fəallığı ilə seçilib. Azərbaycan tarixinin şanlı qalibiyyət səhifəsi olan 44 günlük Vətən müharibəsində “İrəli” İctimai Birliyinin 18 gənci ön cəbhədə vuruşub.
Ali Baş Komandanın təltifləri “İrəli”çilərin simasında bütün gənclərimizdə vətənpərvərlik ruhunu daha da gücləndirir. “İrəli” bundan sonra da gənclərimizin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməyə davam edəcək.
“İrəli” İctimai Birliyi müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun qazandığı qələbəyə görə Azərbaycan xalqını təbrik edir, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyir!
Eşq olsun Azərbaycan Ordusuna, Yaşasın Azərbaycan xalqı, Yaşasın Müzəffər Ali Baş Komandanımız!
Qarabağ Azərbaycandır!
İki avtomobil modelinin istehsalı dayandırıldı
Çin maşını sürənlərin üzləşdiyi əsas PROBLEMLƏR
Azərbaycanda fərdi alkotesterlərdən istifadə qanunidir? - AÇIQLAMA
Rusiyada təzad: Premium avtomobillər daha çox alınır
Bu avtomobillər idxalı rüsumlardan azad edilir - ŞAD XƏBƏR
Xaricdən avtomobil gətirmək istəyənlərin diqqətinə! – Rekord ARTIM
Cəmi bir neçə dəqiqədə oğurlanan və rahat satılan detal – Hansı avtomobillər hədəfdədir?
Ani tormoz verən maşını arxadan vursalar günah kimdədir? - HÜQUQİ İZAH
Sükan arxasında telefonla danışan sürücülərə 50 MANAT CƏRİMƏ - Kameralar bunu çəkə bilər?
Qış təkəri məcburidirmi? - Ekspertdən sürücülər üçün VACİB AÇIQLAMA
Türkdilli ölkə antik avtomobillərlə bağlı Almaniya sisteminə keçir - FOTO











